İngiltərə premyer-liqasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin oyunçusu Erlinq Holann azarkeşlər arasında keçirilən sorğunun qalibi olub. Norveçli hücumçu ötən ay ölkə çempionatının 2 oyununda iştirak edib. O, bu matçların hər birində qol vurub. MS sentyabrda onun dəqiq zərbəsi sayəsində “Aston Villa” ilə heç-heçə etmişdi (1:1), Erlinq “Vulverhempton”la oyunda (3:0) da bir qola sevinmişdi.