“Benfika”nın yeni baş məşqçisi o olacaq

12.04.2022 17:42 523
Dünya futbolu
Rocer Şmidtin mövsümün sonunda PSV-nin baş məşqçi vəzifəsini tərk edəcəyi rəsmiləşib.4

55 yaşlı mütəxəssis fevral ayında yayda PSV-dən ayrılacağını bildirmişdi. Artıq onun yeni iş yeri məlumdu. Şmidt növbəti mövsümdən Portuqaliyada çalışacaq. Almaniyalı mütəxəssis “Benfika” ilə razılığa gəlib. “Bild” qəzeti onunla müddəti 2024-cü ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanacağını xəbər verib.

Şmidt Eyndhoven klubunu 2020-ci ildən çalışdırır. PSV hazırda Niderland çempionatında 29 oyuna 68 xalla “Ayaks”dan sonra 2-ci yeri tutur. Əlavə edək ki, PSV-ni növbəti mövsümdən Ruud van Nistelroy çalışdıracaq.