“Sevilya”nı tərk edəcək

15.05.2022 15:36 457
Dünya futbolu
Xulen Lopeteqi mövsümün sonunda “Sevilya”nı tərk edəcək.

İspaniyalı mütəxəssis haqda məlumatı yayan jurnalist Xose Manuel Qarsiya onun başqa klubdan cəlbedici təklif aldığını deyib. Lopeteqinin “Sevilya” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi. O, anlaşmada nəzərdə tutulan və ona istənilən vaxt klubu tərk etmək imkanı verən bənddən yararlanacaq.

55 yaşlı Lopeteqi İspaniya klubunu 2019-cu ilin iyunundan çalışdırır. “Sevilya” hazırda La Liqada 36 oyuna 66 xalla 4-cü yeri tutur.