• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aftandil Hacıyev beş gün “Qalatasaray”ın bazasında olub - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

7-10-2022, 17:0

Aftandil Hacıyev "Səbail"lə yolları ayırandan sonra bir müddət ictimaiyyətdən uzaq qaldı.

Sonra onu tez-tez idman verilişlərində ölkə futbolundakı problemlərdən danışarkən görməyə başladıq. Bir neçə gün əvvəl isə PRO kateqoriyasının tələblərinə uyğun "Qalatasaray"ın düşərgəsində olub. Onunla söhbətə də məhz bu mövzuya “işıq salmaqla” başladıq.

- "Qalatasaray"ın bazasında olduz. Ən çox diqqətinizi nə çəkdi?

- 5 gün "Qalatasaray"ın bazasında oldum. Klubun infrastrukturu, akademiyası, stadionu, məşqçiləri, rəsmi şəxsləri ilə tanış oldum. Məşq prosesini yaxından izlədim. Ümumiyyətlə, bir məşqçi kimi məni maraqlandıran məsələlərlə bağlı qeydlər apardım. Səfərim həm xoş oldu, həm də təcrübə topladım.

- "Qalatasaray" hazırda ən çox nəyə fikir verir?

- Bir qədər əvvəl qeyd etdiyim kimi, klubun bazasında, akademiyasında oldum. Onlar daha çox gənc futbolçuların yetişdirilməsində maraqlıdı. Yəni uşaq futboluna xüsusi həssaslıq və qayğı ilə yanaşırlar. Hazırda "Qalatasaray" akademiyasında 26 futbolçu Türkiyənin U-21-i də daxil olmaqla aşağı yaş qrupları üzrə yığmalarının heyətində yer alır. Rəhbərlik bu rəqəmi yaxın ilərdə ən azı 40-a qaldırmağı hədəfləyir. Akademiyanın tərkibində olan komandalarda çox güclü rəqabət var. "Qalatasaray"ın sabiq ulduz futbolçusu Ayhan Akmanın oğlu Həmzə Akman da akademiyanın üzə çıxardığı istedadlı gənclərdəndi. Hazırda Türkiyənin U-19 millisinə dəvət alır. Hətta o, azərbaycanlı həmyaşıdlarına qarşı da oynayıb. Düşünürəm ki, "Qalatasaray"da yetişən gənclər Türkiyə millisini yenidən zirvələrə qaldıracaq.

- "Qalatasaray"ın əsas komandasının məşqində də iştirak etdiz?

- Əlbəttə. Hətta Okan Buruku yaxından tanıdım. Son dərəcə savadlı, tələbkar, bir o qədər də qayğıkeş mütəxəssisdi. Onunla tez-tez görüşüb söhbət edirdim.

- Okan Burukun Azərbaycan futbolu haqda təsəvvürü necədi?

- Futbolumuzla bağlı yetərincə məlumatlıdı. Çoxları kimi o da "Qarabağ"la daha çox maraqlanır. Amma son matçlarda uğurlu çıxış edən millimizlə bağlı da yaxşı təəssüratı var.

- Daha hansı məşhurla görüşdüz?

- İtaliya millisinin ulduzu Andrea Pirloyla.

- Maraqlıdı, onunla nə haqda söhbət etdiz?

- Onunla cəmi 15 dəqiq söhbətimiz oldu. Hazırda əsas məqsədi “Fatih Karagümrük”ü zirvələrə daşımaqdı. İtaliya millisinin sabiq üzvü müasir futbolun sirlərini yaxşı bilən mütəxəssisdi. Çalışır ki, komandasına müasir futbolun fəlsəfəsini aşılasın.

- Sizin azərbaycanlı məşqçi olduğunuzu biləndə vaxtilə seçmə mərhələdə qarşılaşdığı millimizdən də söz açdı?

- Bəli, qısaca xatirələrini yeniləyərək millimizə qarşı keçirdiyi oyunlardan biri haqda danışdı. Əsasən həmyerlisi Canni de Byazinin yığmamızın baş məşqçi postunda qalıb-qalmayacağı barədə maraqlandı. Dedim ki, yaxın günlərdə qərar veriləcək.

- Yeri gəlmişkən, De Byazi daha bir seçmə mərhələdə yığmaya rəhbərlik edəcək. Buna münasibətiniz?

- İtaliyalı qarşısına qoyulan tələbləri yerinə yetirə bilmədi. Yəni Azərbaycan millisi qrup lideri kimi B liqasına yüksəlməliydi. Buna rəğmən, AFFA İcraiyyə Komitəsi De Byazini postunda saxladı. Düşünürəm ki, yığmanın son iki qarşılaşmada göstərdiyi oyun və qazandığı qələbələr ona yenə şans verilməsiylə nəticələndi.

- De Byazinin əvəzinə ölkənin bir nömrəli komandasına yerli məşqçi rəhbərlik etsə, daha yaxşı olmaz?

- Birmənalı olaraq düşüncəm belədi ki, bütün ölkələrin milli komandalarının “sükanı arxasında” yerli məşqçi dayanmalıdı. Çünki motivasiya, futbolçuları yaxından tanımaq, onlarla dil tapmaq, milli ruh çox önəmlidi. Əcnəbi mütəxəssis nə qədər peşəkar, nüfuzlu olsa da, sadaladıqlarımı həyata keçirə bilməsə, uğur qazana bilməz. Yalnız uzun illər Azərbaycanda yaşayan, az-çox dəyərlərimizə, mentallığımza bələd olan və dilimizi bilən millimizlə uğurlar qazana bilər. Yalnız yığmada yox, klublarımızda da maksimum öz mütəxəssislərimizə yer verməliyik.

- Siz həm də millinin sabiq üzvü olmusuz. Komandaya rəhbərlik edən hansı əcnəbi məşqçinin faydasını görmüsüz?

- Mərhum Karlos Alberto Torresin vaxtında daha çox milliyə cəlb edilmişəm. Meydana çıxıb maksimum faydalı olmağa çalışmışam. Hamımız meydanda can qoyurduq. Braziliyalı mütəxəssis nə qədər bizi yaxşı hazırlamağa çalışsa da, yenə güclü motivasiya verə bilmirdi. Çünki o başqa millətin, dövlətin nümayəndəsi, fərqli psixologiyaya malik biri idi. Ona görə deyirəm ki, bütün dünya ölkələrinin millilərində yerli mütəxəssislər çalışmalıdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-06-2022, 21:0

"Qalatasaray" onunla yolları ayırdı

Dünya futbolu

9-07-2022, 22:0

"Qalatasaray" milli üzvünü transfer etdi

Dünya futbolu

18-05-2022, 13:0

Bu futbolçu "Qalatasaray"dan ayrıldığını açıqladı

Dünya futbolu

4-05-2022, 14:0

“Qalatasaray” baş məşqçisini istefaya göndərir

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 696
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə