“Qalatasaray” baş məşqçisini istefaya göndərir

4.05.2022 14:38 662
Dünya futbolu
“Qalatasaray” baş məşqçisi Domenek Torreni istefaya göndərəcək.

"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı "Hürriyet" yayıb. Hazırda tərəflər arasında təzminat məsələsi müzakirə olunduğu qeyd olunub.

İstanbul təmsilçisinin həftə ərzində bu ayrılığı açıqlayacağı bildirilib

Qeyd edək ki, Domenek Torren “Qalatasaray”ı bu ilin yanvarından çalışdırır. Onun komandası hazırda 47 xalla 13-cü pillədə qərarlaşıb.