"Qalatasaray" milli üzvünü transfer etdi

9.07.2022 22:34 447
Dünya futbolu
"Qalatasaray" yeni transferini həyata keçirib.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə nəhəngi "Porto"nun futbolçusu Serjiu Oliveyra ilə müqavilə imzalayıb.

Portuqaliyalı futbolçu 4 illik müqaviləyə qol çəkib.

O, "Qalatasaray"da ilinə 3 milyon avro qazanacaq.