• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sayns gələn il titul uğrunda yarışacaq

İdman / Müsahibə

27-09-2022, 19:0

Mövsümün sonuna 6 mərhələ qalmış Karlos Sayns komanda yoldaşı Şarl Leklerdən 32 xal geri qalmaqla şəxsi hesabda 5-ci pillədə qərarlaşıb.

“Ferrari”nin pilotu son müsahibəsində bu mövsümdəki çıxışına ilkin qiymət verib, eləcə də mövsümün sonunu necə görməsi ilə bağlı fikirlərini bölüşüb.

- Sinqapurda keçiriləcək növbəti mərhələdən nə gözləyirsən?
- Fiziki yükləmə baxımından bizi çix çətin yarış gözləyir, ancaq yüksək hərarət və rütubət üzündən orda həmişə belə olub. Mövsümün ən mürəkkəb mərhələsi olduğuna görə Sinqapura bir həftə əvvəl uçacam ki, belə şəraitə uyğunlaşım və məşq edim. Düşünürəm ki, trass maşınımıza uyğun ola bilər, belədə qələbə şansımız artacaq. Mövsümün sonunda qalib gəlmək əla olardı.

- Mövsümün sonluğundan nə gözləyirsən?
- Başımıza gələn bütün xoşagəlməz halları nəzərə alaraq, istərdim ki, mövsümü sabit şəkildə başa vuraq. Son altı mərhələni sakit keçirmək, problemlərdən qaçmaq, ritmi tutmaq və növbəti ilə hazırlığa başlamaq istəyirəm.

- 2023-də “Ferrari” maşınından nə gözləmək olar?
- Yaxşı təməlimiz var, bunun üzərində tərəqqi edə bilərik. Etibarlılıq və sabitlik kimi aspektlərdə “artırmaq” lazımdı. Ancaq unutmaq olmaz ki, bu mövsüm ideal təsir bağışlayan “Red Bull” ilə mübarizə apardıq. Dərs çıxarmalı və gələn il onların səviyyəsinə qalxmalıyıq.

- “Ferrari” 2023-də titul uğrunda mübarizə aparacaq?
- Düşünürəm ki, bəli. Bir qədər yaxşı çıxış etsəydik, elə bu il də titul uğrunda mübarizə apara bilərdik. Hərçənd etiraf etmək lazımdı ki, mövsümün əvvəlində bəxtimiz gətirdi. Növbəti mövsümdə yeni şans qazanacağıq, ondan yararlanmağa çalışmalıyıq. Bu il “Ferrari”də irəliyə doğru böyük addım atdıq və indi qarşımıza daha yüksək hədəflər qoymalıyıq.

- Bu il karyeranda ilk dəfə mərhələ qalibi oldun. Mövsümü özün üçün necə qiymətləndirirsən?
- Düzünü desəm, tam bacarığım deyil. Unuda bilməyəcəyim çoxlu yaxşı mərhələ və məqam oldu. Məsələn, ilk qələbəni deyərdim. Ancaq mövsüm mənə Amerika karusellərini xatırladır. Heç də həmişə yüksək temp yaxalaya bilmədim. Titul uğrunda mübarizədə vacib olan sabitlik də çatışmadı. Komandamız daha da “artırmalıdı” və mən bunun üzərində işləmək fikrindəyəm.

- Maşını yüksək sürətlə idarə edəndə qorxu hiss edirsənmi?
- Yox, heç vaxt belə hiss olmayıb məndə. Qorxu hiss edəcəyim gün karyeramı bitirəcəm. Bu hiss ən yüksək sürətlə gedərkən yol verdiyim risklə bir araya sığmaz. Əminəm ki, qorxu pilota ancaq mane ola bilər.

- “Ferrari”nin istənilən pilotunu daim müşayiət edən tənqidin öhdəsindən necə gəlirsən?
- Məni bununla bağlı əvvəlcədən xəbərdar etmişdilər. Demişdilər ki, İtaliya mediasının hədsiz sərt tənqidi ilə üzləşəcəksən. Yalnız “Ferrari”yə düşəndən sonra anlayırsan ki, komandanın avtoidman dünyasında rolu necə böyükdü və o necə diqqət mərkəzindədi. Bu il hətta ünvanımıza heç də həmişə haqq etmədiyimiz tənqidlər də yağdı. Ancaq bu da işimizin bir hissəsidi. “Ferrari”nin şərəfini qoruduğuma görə fəxr edirəm və tənqid olunmaqda problem görmürəm.

- Arzun çin olub?
- Düşünürəm ki, “Ferrari”nin şərəfini qorumaq hər pilotun arzusudu. Bu komandanın bir hissəsi olmaq və qalib gəlmək – pilotun ümid edə biləcəyi maksimumlardı.

- Həmvətənin Fernando Alonso üçün mövsümü necə qiymətləndirirsən?
- O, yaxşı mövsüm keçirir. “Aston Martin”lə növbəti il üçün layihə də maraqlı olacaq. Fernando gec-tez ön sıralara çıxacaq. Onun sakit və qətiyyətli olduğunu görürəm.

Paylaş:
Digər xəbərlər

İdman

12-06-2022, 13:0

Binotto “Ferrari”nin hədəfini açıqladı

İdman

28-03-2022, 12:0

Səudiyyə Ərəbistan "Qran-pri"sinin qalibi bəlli oldu

İdman

21-04-2022, 22:0

Leklerin saatını oğurladılar

İdman

30-03-2022, 18:0

Dünya çempionu cari mövsümdə ilk qələbəsini qazandı

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə