• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emrelinin oturduğu yer - KÖŞƏ

Yazarlar

21-09-2022, 13:0

Zaqreb “Dinamo”su Xorvatiya çempionatında 9-cu qələbəsini qazandı.

“Qarabağ” Azərbaycan premyer-liqasında necə rəqib tanımırsa, “Dinamo” da ölkəsində eyni taleyi yaşayır. Ante Çaçiçin çalışdırığı komanda daxili çempionatda keçirdiyi 10 görüşün yalnız birində xal itirib. Qalan görüşlər “Dinamo”nun qələbəsi ilə yekunlaşıb. Xorvatiyanın digər təmsilçilərinin avrokuboklardakı nəticələrinə baxanda burda təəccüblü heç nəyin olmadığını görürük. Hamımız yaxşı bilirik ki, “Dinamo” avrokubokların qrup mərhələsinin daimi iştirakçısıdı. Zaqreb komandası vaxtaşırı Çempionlar Liqasının qrupun görünür, Avropa Liqasının qrupunda da çıxış etməyə macal tapıb. Xorvatiyanın qalan klubları isə oxşar uğurla öyünə bilməzlər. Bu məqam onu deməyə əsas verir ki, “Dinamo” ilə Xorvatiya çempionatının qalan 9 iştirakçısı arasında böyük səviyyə fərqi, əməlli-başlı uçurum var.

Amma bu dağlar qədər fərq belə “Dinamo”nun səviyyəsini şübhə altına salmağa əsas vermir. Düzdü, yerli çempionatda qələbələr sıralanır və “Dinamo” özünə rəqib tanımır. Zaqreb komandasının rəqiblərinin yeganə təsəllisi o ola bilər ki, onlar ölkə futbolunun flaqmanının qapısına yol tapa bilirlər. Yəni Çaçiçın çalışdırdığı komanda aşağı-yuxarı bütün görüşlərdə qapısından top buraxır. Lakin özü ondan çox qol vurur. Bu da komandanın hücum xəttinin güclü olduğunu düşünməyə əsas verir. Az əvvəl qeyd etdiyim kimi, “Dinamo”nun yerli çempionatdakı rəqibləri zəif görünsə də, bu məqam Xorvatiyanın dəyişməz çempionunun gücünü azaltmaq üçün əsas deyil. Çünki komandanın nəticələri avrokuboklarda da ürəkaçandı. “Dinamo” bu mövsüm xüsusilə də Çempionlar Liqasında əla çıxış edir. Turnirin qrup mərhələsinə qədər büdrəməyən Zaqreb təmsilçisi ilk görüşdə “Çelsi”ni məğlub etməyi bacarıb. Düzdü, “Milan”la görüşdən xalsız ayrıldı. Amma “San Siro”dakı oyunda komandalar arasında hədsiz səviyyə fərqi hiss olunmurdu.

Sözümün canı “Dinamo”nun gücünü şişirtmək, zaqrebliləri tərifləmək deyil. Klub ötən mövsümün sonlarından azərbaycanlı azarkeşlərin diqqət mərkəzindədi, bizim üçün doğma sayılır. Çünki millinin futbolçusu, son illərdə futbol məktəbimizin yetişdirdiyi ən istedadlı hücumçu Mahir Emreli bu klubun formasını geyir. Bu cümlədən sonra bir az duruxuram, özümə sual verirəm: Mahir “Dinamo”nun formasını geyməyə macal tapırmı? Çox təəssüf ki, acı statistika bu suala “bəli” cavabı verməyə imkan vermir. Rəqəmlərin üzərində çox da dayanmaq istəmirəm. Məsələn, “Lokomotiva” ilə son qarşılaşmada Mahir “Dinamo”nun baş məşqçisinin yadına yalnız 90-cı dəqiqədə düşdü. Çempionlar Liqasında, ümumiyyətlə, xidmətinə ehtiyac duyulmur. Artıq bir gerçəyi özümüz üçün dəqiqləşdirmişik ki, Emreli “Dinamo”nun məşqçilər korpusu üçün əsas heyət üzvü sayılmır. Bu məsələdə bir az tərəddüd etmək o zaman mümkün olardı ki, Çempionlar Liqası bir kənara, yerli çempionatın bəzi qarşılaşmalarında meydana ilk dəqiqələrdən çıxardı.

Adətən, çalışdırıcılar avrokubok oyunlarından sonra heyətdə rotasiya edir, əsas heyət üzvü sayılmayanlara yerli çempionatda özünü göstərmək şansı yaradır. Özü də “Dinamo” yerli çempionatda rəqiblərini xeyli qabaqlayır. Belə olan halda daxili çempionatı önəmsəməmək, bəzi qarşılaşmalarda risk etmək də mümkündü. Amma Ante Çaçiç heç də bu fikirdə deyil. Yaxud da onun Mahirə etimadı o qədər azdı ki, azərbaycanlı hücumçunu ciddi əhəmiyyət daşımayan görüşlərdə belə “döyüşə atmır”. Səbəblər fərqli ola bilər. Ya çalışdırıcı Mahirin məşqlərdəki performansını bəyənmir, başqalarını ondan çox üstün sayır, ya da qəsdən belə edir. İstəyir ki, yaranmış etimadsızlıq mühiti Mahiri bezdirsin, futbolçu özü “Dinamo”dan üz çevirib getsin. Hər halda, biz Zaqrebdən çox uzaqdayıq, orda nəyin baş verdiyini bilmirik.

Ya vəlvələdən, ya zəlzələdən, bizim, daha doğrusu, Azərbaycan millisi üçün Mahirin oynaması vacibdi. Səbəbi bir kənara qoyum, nəticə odu ki, forvard oynamır, “Dinamo”nun ehtiyat oyunçular skamyasının daimi sakinidi. Bu yaşda orda oturmaq çox da vacib deyil. Onun dəyəri, potensialı, futbolçu kimi istedadı daha artığına imkan verir. Lap elə səviyyəcə “Dinamo”dan bir qədər aşağı kluba da getmək olar. Yetər ki, topu və meydanı yadırğamasın. Hansısa yolla bunu reallaşdırmaq, futbol oynamaq lazımdı. Çox çətindi, bilirəm. Amma qərar vermək vaxtıdı!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Çempionlar Liqası

25-08-2022, 01:0

Mahirli "Dinamo" ÇL-in qrupunda - YENİLƏNİB

Çempionlar Liqası

3-08-2022, 10:0

Mahir Emrelinin komandasından səfər qələbəsi - Çempionlar Liqası

Ölkə futbolu / Çempionlar Liqası

7-09-2022, 10:0

"Dinamo" "Çelsi"yə qalib gəldi - YENİLƏNİB

Dünya futbolu

7-07-2022, 12:0

Mahirin komandasından darmadağın

Çempionlar Liqası

14-09-2022, 14:0

"Dinamo"nu məğlub etmək asan deyil" - Stefano Pioli

Dünya futbolu

16-07-2022, 10:0

"Dinamo" Mahir Emrelisiz qələbə qazandı

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə