Mahirli "Dinamo" ÇL-in qrupunda - YENİLƏNİB

25.08.2022 01:38 733
Ölkə futbolu / Çempionlar Liqası
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Xorvatiya klubu evdə "Budyo Qlimt"lə qarşılaşıb. Emreli görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 60-cı dəqiqədə meydana daxil olub. Zaqreb təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Xatırladaq ki, ilk matç Norveç klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunu
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budyo Qlimt" (Norveç) 4:1
Qollar: Mislav Orşiç, 4, Bruno Petkoviç, 35, Cosip Drmiç, 117, Petar Bokay, 120 - Albert Qronbek, 70
"Maksimir" stadionu