"Dinamo" "Çelsi"yə qalib gəldi - YENİLƏNİB

7.09.2022 10:42 345
Ölkə futbolu / Çempionlar Liqası
Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su da E qrupunda ilk oyununa çıxıb.

Xorvatiya klubu “Çelsi"ni qəbul edəcək. Mahir görüşə ehtiyat oyunçular skamyasından izləyib.

Çempionlar Liqası, E qrupu, 1-ci tur

6 sentyabr
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) 1:0
Qol: Mislav Orşiç, 13
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Maksimir" stadionu