"Football-plus.az" xəbər verir ki, italyan mütəxəssis Xorvatiya təmsilçisini tərifləyib:
"Dinamo" yerli çempionatda çox yaxşı çıxış edir və orta hesabla hər oyun 3 qol vururlar. Onlar öz meydanlarında dominantlıq etməyə öyrəşiblər. "Çelsi" ilə oyunda əks-hücumlara bel bağladılar. "Dinamo"nu məğlub etmək asan deyil".
Bu gün baş tutacaq "Milan" - "Dinamo" matçı saat 20.45-də start götürəcək.



