Çempionlar Liqasının 2022-23 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi başlayıb.
Tədbir prezident mükafatının təqdimatı ilə start götürüb. UEFA-nın prezidenti Aleksandr Çeferin “Milan”ın sabiq baş məşqçisi Arriqo Sakkini mükafatlandırıb.
İtaliyalı mütəxəssis futbolun fəlsəfəsini yenidən formalaşdırmağa kömək etməsinə və sonsuz taktiki yeniliklərinə görə bu mükafata layiq görülüb.