AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edəcək

25.08.2022 18:39 409
Çempionlar Liqası
Bu gün – avqustun 25-də Türkiyənin İstanbul şəhərində UEFA Çempionlar Liqası turnirinin 2022/23 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi və Avropa klub futbolu mövsümünün başlanması ilə bağlı tədbir keçiriləcək.

Football-plus.az xəbər verir ki, UEFA-nın dəvəti əsasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev tədbirlərdə iştirak edəcək.

Məlumatı federasiyanın rəsmi saytı yayıb.