"Bu, Azərbaycan üçün kiçik bir üstünlükdü" - Aleksey Baqa

2.06.2022 12:52 457
Ölkə futbolu
"Sumqayıt"ın belaruslu baş məşqçisi Aleksey Baqa Qazaxıstan mətbuatına müsahibə verib.

"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis Azərbaycan və Belarus millilərini dəyərləndirib:


"Qrupda Slovakiya kimi güclü komandanın olmasına baxmayaraq, düşünürəm ki, Azərbaycan və Belarusun şansları pis deyil. Demək olar ki, bunlar bərabər səviyyəli komandalardı. Hər iki yığmada həm legionerlər, həm də yerli çempionatlarda çıxış edən parlaq futbolçular var. Azərbaycandakı təcrübəmə əsaslanaraq bunu əminliklə deyə bilərəm. Belarus oyunçularını da yaxşı tanıyıram. Onu da qeyd etmək yerinə düşər ki, hər iki komandada həm futbolçu, həm də məşqçi kimi özünü doğrultmuş kifayət qədər təcrübəli mütəxəssislər çalışır. Burada da bərabərlik var.

Yeganə fərq ondadı ki, Belarus məlum səbəblərə görə ev oyununu Serbiyada keçirəcək. Bu, Azərbaycan üçün kiçik bir üstünlükdü. Onlar arasında ilk oyun Minskdə keçirilsəydi, Belarus futbolçularına daha çox emosiya və güc qatardı.

Hər iki komandadan yaxşı oyun gözləyirəm. Onlara uğurlar, zədəsiz oyunlar arzulayıram. Nə qədər bayağı səslənsə də, ən güclü qalib gəlsin. Yenə də deyirəm ki, komandalar demək olar ki, bərabərdilər və bunu göstərən faktorlar çoxdu. Ümid edirəm ki, turnir həm Azərbaycan, həm də Belarus üçün uğurlu olacaq"