• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Plzen labirinti: çıxış varmı? - KÖŞƏ

Manşet / Yazarlar

20-08-2022, 11:0

“Viktoriya” istisnasız müdafiə olunurdu, qazonun durumu pis idi, hakimin idarəçilik üslubu xırda follarla tempi salmaq istəyən rəqibə uyğun gəlirdi, qonaqlar “vaxt öldürmək” cəhdlərinə görə bir dəfə də cəzalanmadı, hədsiz azarkeş marağı “Qarabağ”ı gərginlik altında saxladı, meydana sonradan çıxan futbolçular keyfiyyət dəyişikliyinə səbəb olmadı, Stanek çox parlaq oyun göstərdi... – arzum və həvəsim olsa, onlarla belə dəlil sadalaya bilərəm.

Amma istəmirəm. Ona görə ki, bütün bunlar heç nəyi dəyişməyəcək. Ortada olan mənzərə budu ki, oyun qolsuz bitib və “Qarabağ” ardıcıl 4-cü dəfə mərhələnin taleyini cavab görüşündə həll etməlidi. Əslində qarşıdakı pley-off oyunu ətrafında yaranan durumu belə ifadə etmək daha yaxşı olar: “Ferentsavaroş” üzərində parlaq qələbənin şərtləndirdiyi ümummilli eyforiya yerini “birdən alınmadı...” tipli narahat-bezdirici düşüncələrə verib.

Gəlin əvvəlcə o məqamı özümüz üçün dəqiqləşdirək ki, Çempionlar Liqasının qrupunda oynamaq hər komanda, xüsusən də “Qarabağ” çapında olanlar üçün ad-san, nüfuz göstəricisi olmaqla yanaşı, həm də ciddi maliyyə mənbəyidi. Qrupa düşən komanda avtomatik 15,64 milyon avro (26,6 milyon manat) qazanır, bu məbləğ “Qarabağ”ın illik büdcəsindən də artıqdı.

Təbii ki, sıravi oxucu-azarkeş üçün “Qarabağ”ın 5 ildən sonra yenidən qrupa düşməsi daha önəmlidi. Elə mən də bu yöndə düşüncələrimi bölüşməyə həvəsliyəm. Prinsipcə faciəvi heç nə baş verməyib. Yəni “Qarabağ” əvvəlki üç mərhələdən ikisində də cavab görüşündə qələbəyə oynamalıydı. “Lex”ə 0:1 uduzub gəlmişdi, “Ferentsvaroş”la 1:1 edəndən sonra səfərə çıxdı və hər iki halda da hədəfinə çatdı. Yeganə istina “Sürix”lə dueldi, orda artıq səfərə qələbə ilə yollanmışdıq, bir top ehtiyatımız var idi. İndi isə elə vəziyyət yaranıb ki, sadəcə, uduzmamalı, ən pis halda oyunu penalti seriyasına daşımalıyıq (hərçənd o seriyanın taleyi ilə bağlı nikbin deyiləm), vəssalam-şüttamam. Amma bunu bacaracağıqmı?

Həlledici ola biləcək bir neçə məqam üzərində dayanmağa dəyər. Qurban Qurbanovun mətbuat konfransında səsləndirdiyi bu fikirlə tam razıyam: “Bizə ciddi yanaşırlar, “Qarabağ”dan ehtiyatlanırlar, meydanboyu futbolçularıma qarşı birəbir oynamağı tapşırırlar”. Azərbaycan çempionu əmsallar cədvəlinə görə bizdən irəlidə olan üç ölkənin çempionunu dizi üstə qoymaqla bəlli imic formalaşdırıb. Və budur, bizdən 12 pillə irəlidə olan ölkənin – Çexiyanın çempionu Bakıda hücuma yox, müdafiəyə üstünlük verir. Qurban bəy və köməkçiləri rəqibləri nə qədər inadla öyrənirsə, onlar da bizi o dərəcədə süzgəcdən keçirir, zəif cəhətlərimizi müəyyənləşdirir, məsələn, Zubir və Kadi kimi ustaları “oyundan qoparırlar”.

İkinci önəmli məqam: nəyə görəsə ölkəmizdə belə düşünürlər ki, “Viktoriya” cavab görüşündə azarkeş dəstəyinin, ya da hansısa başqa hissin təsiri altında Bakıdakı oyun üslubundan əl çəkəcək, hücuma çıxacaq, belədə topla oynamağı sevən “Qarabağ” da boş zonalar tapacaq. Təbii ki, mən bu variantın mümkünlüyünə inanmıram. “Viktoriya”nın “Qarabağ”la açıq oynaması dəlilik olar ki, paytaxtımızda çexlərin hərəkətlərindən hansısa psixi pozğunluq əlaməti sezmədik. Demək istədiyim odu ki, ağdamlılar “Ferentsvaroş”la səfər oyununda rəqibin gözləmədiyi halda dərhal hücum əməliyyatlarına başladısa, Plzendə eyni tərzi seçmək intihardı, özünəqəsddi və Qurbanov buna getməməlidi!

Fikrimcə, bütün avantürist addımlar rəqibi hücuma çıxarmağa hesablanmalıdı. O qədim məsəldə olduğu kimi: danış görüm, sən kimsən! Belədə ən böyük yük iki-üç variant fikirləşməli olan Qurban bəyin və Zubir, Kadi, Vaci, Almeyda kimi yaradıcı oyunçuların üzərinə düşəcək. Adamı nikbin olmağa vadar edən əsas məqam budu ki, “Viktoriya” “Qarabağ”dan üstün deyil. Amma “Qarabağ”, heç olmasa, bu dəfə üstünlüyünü maddiləşdirə biləcəkmi – bax, bu çətin sualdı.

Cavab görüşünün nəticəsi necə olur-olsun, “Qarabağ”ın itirəcəyi heç nə yoxdu. Əlbəttə, üç çətin rəqibi sıradan çıxarandan sonra qrupa vəsiqəni Çexiya çempionuna vermək istər-istəməz hamını ağrıdacaq. Mən bu məsələyə həm də “bütün arzuolunmaz seriyalar (çexlərlə duelləri nəzərdə tuturam...) bitməlidi”, necə deyərlər, “bütün pisliklərə ölüm” prizmasından yanaşıram. Ancaq konkret “Qarabağ”ın taleyinə “stəkanın boş tərəfindən” yanaşmaqda da fayda var. Baxın, bu komanda ötən mövsüm Konfrans Liqasının qrupundan pley-offa adladı, bu il daha səviyyəli turnirin - Avropa Liqasının qrupunu təminat altına alıb. Nə gizlədim, mən də çoxları kimi ÇL-in qrupundan ötrü sinov gedirəm, amma qismət AL-in qrupu olsa da, uzaqbaşı üzüləcəm, futbol təsərrüfatımızın gücünü, idarəçiliyi, başqa klubları nəzərə alıb, bir qədər ah-vay edəcəm...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet

18-08-2022, 16:0

Rusiyada "Qarabağ"a qarşı təxribat

Çempionlar Liqası

13-08-2022, 12:0

"Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik" - "Viktoriya"nın yeni transferi

Çempionlar Liqası

18-08-2022, 17:0

“Dəhlizlərin ab-havası cəhənnəm idi, 31 min tamaşaçı yorulmadan “Qarabağ”ı zirvəyə aparırdı”

Manşet / Çempionlar Liqası

17-08-2022, 22:0

“Qarabağ” "Viktoriya" görüşündə qolsuz bərabərlik - YENİLƏNİB

Dünya futbolu / Çempionlar Liqası

14-08-2022, 00:0

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

Çempionlar Liqası

15-08-2022, 13:0

“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm" - "Viktoriya"nın futbolçusu

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 254
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə