• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqovun Petrovsayağı gecikməsi... - KÖŞƏ

Manşet / Yazarlar

3-08-2022, 17:0

“Uğur hələ hədəfə çatmaqda nöqtə olmadığı kimi, uğursuzluq da son deyil. Əsas mahiyyət qorxmazcasına mübarizəni davam etdirməkdi”.


Uinston Çörçil

Rəşad Sadıqov baş məşqçi kimi avrokuboklarda debütündə uğursuzluğa düçar olmaqla yanaşı, layiqincə mübarizə aparmadı. "Makkabi" "Zirə"dən daha köklü, təcrübəli, güclü komandadı və buna heç kim şübhə etmir. Nə də qəsəbə təmsilçisindən israilliləri darmadağın edib mərhələ keçməyi tələb edən var idi. Amma “Zirə”sevərlər və bütün xalq komandadan hər iki matçda, əsasən də evdə meydanın hər qarışı uğrunda ölüm-dirim savaşı aparmağı, Təl-Əviv təmsilçisinə cəhənnəm yaşatmağı gözləyirdi. "Zirə" donanması isə doğma sahillərdə bombardmana məruz qaldı. "Dalğa Arena"da sanki meydan sahibi "Makkabi" idi, biz isə qonaq. Mərdəkandakı matçda 0:3 hesablı məğlubiyyət və qorxaq futbol Rəşad Sadıqovun "qartallar"ının iki mövsüm ərzində avtokuboklara qatılmaq üçün apardığı mübarizənin üstündən xətt çəkdi...

Millinin sabiq kapitanı "Zirə"nin “sükanı arxasına” keçərkən əsas məqsədin döyüşkən komanda formalaşdırıb, avrokuboka vəsiqə qazanmaq olduğunu açıqlamışdı. Azərbaycan futbolunun "Terminator"u 2020/21 mövsümündə komandasının mükafatçılar sırasına düşə bilməməsinin əsas səbəbini bir çox matçlarda hakimlərin qərəzli qərarları ilə izah etmişdi. Yola saldığımız mövsümün 23-cü turunda "Zirə" evdə "Səbail"i məğlub edəndən sonra mətbuat konfransında Rəşad bəyə sual ünvanlamışdım ki, hazırda 3-cü sıradasız. İkinci pilləni ələ keçirməyi planlaşdırırsız, yoxsa hazırkı mövqeyinizi qorumaqda maraqlısız?” Sabiq "14 nömrə"nin cavabı belə olmuşdu:

"Futbol elə idman növüdü ki, öncədən proqnoz vermək mümkün deyil. Mövsümün əvvəlində əsas məqsədimin nə olduğunu soruşsaydız, deyərdim ki, avrokuboklara düşmək. Amma çempionatın gedişində sərgilədiyimiz oyunu, şəraiti nəzərə alsaq, 2-ci pillə əlçatandısa, təbii ki, onu götürmək, çempionluq şansımız da qalırsa, birincilik üçün can atmalıyıq. Yəni hadisələrin axarından çox şey asılıdı. Amma əsas məqsədimiz avrokuboka vəsiqəni təmin etməkdi".


"Zirə" sona bir tur qalmış avrokuboklarda iştirakı, son oyunda isə bürünc medalları rəsmləşdirdi. Rəşad Sadıqovun və yetirmələrinin sevincinin həddi-hüdudu yox idi. Lakin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibin "Makkabi" olduğuna aydınlıq gələndə, "qartallar"ın sevinc aysberqi əriməyə başladı. Sadıqov özünü və yetirmələrini, oyuna 1 aydan çox vaxt qalmasına baxmayaraq, sanki məğlubiyyətin qaçılmazlığına kökləmişdi. Bu üzdən komandada özünəinam olduqca zəiflədi. Halbuki güclü rəqibə qarşı mübarizədə özünəinam, psixoloji cəhətdən motivasiya əsas silahdı. Özünəinamın sayəsində yaşıl meydanda zəif komandaların güclüləri məğlub edərək tarix yazdığını dəfələrlə görmüşük.

Sadıqovun ikinci böyük səhvi transfer siyasətində oldu. Ölkəmizi avrokuboklarda təmsil edən 4 komanda arasında “transfer bazarı”nda ən passivi "Zirə" oldu. Komanda heyəti mütləq yaradıcı hücumçu və müdafiədə etibarlılığı ilə seçilən futbolçu ilə gücləndirməliydi. Hələ bunun üzərinə qəsəbə təmsilçisi əsas “vuran ayağ”ı Davit Volkovu saxlaya bilmədi, kapitan Ağabala Ramazanov və start heyətinin üzvlərindən Ahmet Ayzayanı da yola saldı. “Zirə” onların əvəzinə Mirsayib Abbasov, Slavik Alxasov, Rüstəm Əhmədzadə və Rəhim Sadıxovu heyətinə qatsa da, yalnız sonuncunu uğurlu transfer saymaq olar. Maraqlıdı, qarşısına avrokuboklara vəsiqə qazanmağı hədəf qoyan Sadıqov mövsüm ərzində niyə transfer çalışmalarına yetərincə diqqət ayırmayıb, yalnız mövsüm bitəndən sonra axtarışa çıxdı? Rüstəm Əhmədzadəni daha tez komandaya cəlb etmək olmazdı? Gənc futbolçu Təl-Əviv təmsilçisiylə oyunda çox istəkliydi, reydlər edirdi, hətta gözəl qol da vurdu. Sadəcə, ofsayd onun sevincini gözündə qoydu. Millinin gənc üzvü nə qədər çalışsa da, oyun təcrübəsindən əziyyət çəkdiyi aşkar hiss olunurdu. "11 nömrə"ni çempionatın sonlarına yaxın "Zirə"yə cəlb etmək lazım idi. Bu yöndə çempionatımızdakı zəif büdcəsi, kasad heyəti ilə gözəl futbol sərgiləyərək uğurlar qazanan "Qəbələ" Sadıqova nümunə olmalıdı. Komanda zəif maliyyəsinə rəğmən, ilboyunca büdcəyə uyğun səviyyəli legionerlər axtarışındadı. Həmçinin bölgə təmsilçisi əsas futbolçularını saxlamaqla da heyətin özəyini qorudu. Həqiqətən də Elmar Baxşıyev və yetirmələri ancaq xoş sözlərə layiqdi.

Rəşad Sadıqovun 3-cü səhvi doğma meydanda "Makkabi"yə qarşı qorxaq futbol oynatması oldu. Təl-Əvivdə sərgilənən oyun bir daha göstərdi ki, "Dalğa Arena"da seçilən taktika yanlış idi. Yəni İsrail təmsilçisinə qarşı müdafiəyə qapanmaq yox, mərkəzdə çoxalaraq, top saxlayıb rəqibi yormaq və cinahdan sürətli reydlərlə müdafiəni yarmaq lazım idi. "Blümfild" stadionunda "qartallar" məhz bunu edərək rəqiblə başabaş mübarizə apardı. Bunun məntiqi davamı idi ki, təmsilçimiz həm baxımlı oyun, həm də nəticə qazandı. “Zirə” səfərdəki oyunu evdə nümayiş etdirsəydi, heç-heçə bir yana, hətta qələbə də qazanmaq olardı. Rəşad Sadıqovun Konfrans Liqasındakı uğursuzluğu "Karvan"ın 2006/07 mövsümündə UEFA Kubokundakı oyunlarını, daha doğrusu, özündən güclü Praqa "Slaviya"sı ilə qarşıdurmasını xatırlatdı. Komanda 1-ci mərhələdə heç kimin gözləmədiyi halda hər iki oyunda Slovakiya "Spartak"ını məğlub etdi. Yunis Hüseynovun yetirmələri ardınca doğma meydanda daha güclü "Slaviya" ilə qarşılaşdı. "Şəfa" stadionunda baş tutan matçda Yevlax təmsilçisi 0:2 hesabı ilə uduzsa da, çexiyalılardan çəkinməyərək açıq futbol oynayıb təhlükəli vəziyyətlət yaratdı. Hətta yüzfaizlik imkanlar da oldu. Çexiyada isə "Karvan" daha yaxşı oyun sərgilədi və matç qolsuz bitdi. Yekunda 2 yaşlı "Karvan" birəsrlik tarixə malik kluba qarşı mübariz çıxışı sayəsində azərbaycanlı azarkeşlərin rəğbətini qazandı. Məhz Yunis Hüseynovun sayəsində UEFA kubokunda ilk dəfə Azərbaycan təmsilçisi mərhələ keçdi. Aradan 16 il keçməsinə, "Zirə"nin tarixə qovuşmuş "Karvan"la müqayisədə daha yaxşı maliyə imkanlarına, infrastruktura, gücünə baxmayaraq, Konfrans Liqasındakı çıxışında inkişaf yox, tənnəzzül gördük. "Makkabi" nə qədər güclü olsa da (hərçənd keçilməz rəqib yoxdu), "Zirə" bu iki oyunda döyüşməliydi.

Böyük sənətkarımız, rəhmətlik Əjdər İbrahimovun lentə aldığı "26-lar" filmində hərbi komissar Qriqori Petrovun "sonra gec olardı" ifadəsi yada düşür. Məhz hərbi komissar general Biçeraxovun nə qədər mənfəətçil, şərəfsiz, satqın olduğunu çox gec anlayır. Petrov son anda generalı süngüylə öldürməyə çalışsa da, artıq gec olur, komissarın özünü güllələyirlər. "Makkabi"yə qarşı səfərdə sərgilənən oyun nə qədər yaxşı olsa da, Rəşad Sadıqov eynilə komissar Petrov kimi çox gecikdi...

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual

19-07-2022, 14:0

"Zirə"dən qeyri-adi qərar

Konfrans Liqası

15-07-2022, 11:0

Rəşad Sadıqovun izlədiyi oyunda "Zirə"nin rəqibi uduzdu

Konfrans Liqası

14-07-2022, 17:0

"Zirə"nin "Makkabi" ilə oyununun biletləri satışda

Manşet / Konfrans Liqası

21-07-2022, 21:0

"Zirə" Konfrans Liqasına məğlubiyyətlə başladı

Premyer-liqa

14-07-2022, 19:0

Rəşad Sadıqov onu da İsrailə aparıb

Premyer-liqa / Manşet

16-06-2022, 15:0

Sənan Qurbanov: "Rəşad Sadıqovu olduqca çətin sınaq gözləyir"

Aktual
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
Son xəbərlər
  • Bu gün, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Bu gün, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Bu gün, 21:31
    La Liqada yeni təyinat
  • Bu gün, 21:00
    "İmişli"də ayrılıq
  • Bu gün, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Bu gün, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə