Rəşad Sadıqov onu da İsrailə aparıb

14.07.2022 19:21 578
Premyer-liqa
Rəşad Sadıqovun İsrailə yollandığı haqsa xəbərlər yayılıb.

Football-plus.az saytı olaraq detalları öyrənmək üçün "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq. Klub rəsmisi bunları söylədi:

"Komandamızın baş məşqçisi Rəşad Sadıqov və köməkçisi Eltun Yaqublu səhər saatlarında İsrailə yola düşdülər. Səfərin əsas məqsədi Konfrans Liqasındakı rəqibimiz "Makkabi"nin oyununu izləməkdi".


Qeyd edək ki, Tel-Əviv təmsilçisi bu gün "Toto" kubokunda Netanya “Makkabi”siylə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21.00-da “Blumfild” stadionunda keçiriləcək.

ABDULLA İSMAYILOĞLU