• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Laporta: bildiklərimiz və bilmədiklərimiz... - YAZI

Manşet / Yazarlar

3-08-2022, 15:0

Xuan Laporta 1962-ci il iyunun 29-da Barselonada dünyaya gəlib. Monastr nəzdindəki məktəbdə oxuyub.

Yeniyetmə Laporta hərbi xidmətə yollanarkən səhvən başqa hərbi hissəyə göndərilib. Hərbi intizamı pozduğuna (qoruyucu səddi adlayaraq sevgilisi ilə görüşə qaçırmış) təcridxanaya salınıb. Evə buraxılmağa bir neçə ay qalmış, ümumiyyətlə, hərbi hissəni tərk edərək sevdiyinin yanına qaçıb. Xidmət yoldaşları isə inadkar romantiki imkan daxilində qoruyublar. Artıq həyatın bu mərhələsində yeniyetmə Laportanın liderlik keyfiyyətləri üzə çıxmağa başlayıb. Hətta məktəbdə oxuyarkən də xarakter göstərib. Azadlıqsevər Xuan müəllimin acığına bütün sinif yoldaşlarına “şparqalka” paylayırmış.

Təhsil
“Barselona”nın gələcək prezidenti ali təhsili Barselona Universitetində (Universitat de Barcelona) alıb, hüquq sahəsində elmi dərəcəsi var, hüquqşünas, vəkildi.

Universitat de Barcelona İspaniyanın ən yaxşı təhsil ocağı, ingilisdilli dünyadan kənarda ən nüfuzlu universitetlərdən biri sayılır. 2020-ci ildə Avropa İttifaqı daxilində 1 nömrə sayılıb, NTU-nun bütün dünya üçün reytinqində isə 55-ci olub. 1450-ci il noyabrın 3-də yaradılan universitet Kataloniyanın və dünyanın ən qədim təhsil ocaqlarından biridi. Hazırda burda 63 minə yaxın tələbə təhsil alır. Barselona Universiteti İspaniyada və Avropda elmi tədqiqatlara ən çox qucaq açan ali təhsil müəssisəsidi. İstər burda aparılan elmi tədqiqatların sayı, istərsə bu tədqiqatların keyfiyyəti baxımından.

Karyera
Ailəli olan Laporta üç uşaq atasıdı. Karyeraya gəlincə, prezident Barselona Vəkillər Kollegiyasının üzvüdü. Bundan başqa, Laporta “Laporta & Arbоs” adlı hüquq şirkətinin tərəfdaş-yaradıcısı və sahibidi. Bu şirkətin müştəriləri sırasına nəhəng hüquq şirkətləri daxildi. Bundan başqa, “Barsa”nın prezidenti elə həmin Barselona Universitetində hüquq fakültəsində professordu, Yaponiyanın Barselonadakı konsulunun şəxsi məsləhətçisi də olub.

Siyasət
Xuan siyasi fəaliyyətə 1996-cı ildə - İspaniya Müstəqillik Partiyasının üzvü kimi başlayıb. Ardından o, müstəqilliyə can atan partiyasını - Democracia Catalana – yaradıb. Kataloniya Parlamentinə düşüb, 2010-da deputat olub. Elə həmin ilin yayında Laportanın partiyası müstəqillik tərəfdarı olan başqa parlamentdənkənar partiyalar və kütləvi hərəkatlar ilə birgə “Müstəqillik uğrunda Kataloniya həmrəyliyi” adlanan siyasi platformada birləşib. Laporta bu hərəkatın prezidenti seçilib. 2010-cu ul noyabrın 28-də Kataloniyada keçirilən seçkidə yeni partiya 135 nəfərlik parlamentdə 4 yer qazanıb. Laporta Barselona dairəsində seçicilərin etimadını qazanıb. Xuan Laporta siyasi mənsubiyyətini gizlətmir və hər imkanda açıqlayır: o Kataloniyanın İspaniyadan ayrılmasını dəstəkləyir. Çoxları “Barselona”nı Kataloniyanın rəmzi, hamı tərəfindən qəbul olunan fakt sayır. Laporta da tez-tez bu məqamı vurğulayır, ancaq eyni zamanda “Barsa”nın siyasi baxımdan neytrallığını qorumalı olduğunu düşünənlərin ciddi tənqidinə məruz qalır.

Futbol
Bir ara klubda baş məşqçi ilə prezident arasında gərginlik ən yüksək səviyyəyə çatır və Nunyes Yohan Kroyff erasını bitirməyə qərar verir. 1998-ci ildə Laporta “Elefant blau” (“Mavi-göy fil”) hərəkatına rəhbərlik etməyə başlayır. Klub prezidenti Xosep Luis Nunyesin əleyhinə olan qrup ona etimadsızlıq səsverməsi təşkil etməyə çalışsa da, uğursuzluğa düçar olur. Xuan çoxillik prezidenti amansızcasına tənqid edir və onun siyasətinin əleyhinə çıxırdı. Bir neçə il sürən gərginlikdən sonra Nunyes axır ki istefa verdi. Ancaq postundan getmədən vitse-prezident Xuan Qasparı özünə xələf kimi hazırladı. Məhz Qaspar 25181 səslə 2000-ci ildə keçirilən seçkidə qələbə qazandı.

Laporta sonrakı üç il ərzində seçkidə qələbə qazanmaq üçün inadkarcasına çalışdı. Ağlı, pulu, ideyaları və bəzi kütləvi informasiya vasitələrinə təsiri olan Laporta və komandası zirvəyə can atırdı. O, başqa namizədlərdən fərqli seçkiqabağı kampaniyada özünü əsl natiq kimi göstərdi.

2003-də prezident seçkisinə qatılan Laporta publisist Luis Bassatı böyük fərqlə arxada qoyur. Xuan kampaniyaya favorit kimi başlamasa da, prosesin gedişində xarizması ilə diqqəti cəlb etdi. Barselonanın başqa gənc biznesmenlərindən də dəstək alan Laporta tezliklə medianın əsas ulduzuna çevrildi. Hətta bəzi futbolçulardan daha artıq dərəcədə. Yeni prezidentlə birgə kluba gənc, dinamik adamların yeni nəsli qədəm qoydu. Klubda bütün istiqamətlər üzrə silkələnmə yaşandı. Laportanın komandası klubda demokratikləşmə və kataloniyalaşma prosesləri aparmağı düşünürdü. Bu proseslə paralal ünsiyyətdə şəffaflıq da qorunmalıydı. Bundan başqa, ciddi maliyyə auditi elan olundu, klubun real iqtisadi durumu açıqlandı, klubun əvvəlki rəhbərliyinin iqtisadi cinayətləri üzrə araşdırma başladı. İdmana gəlincə, Devid Bekhem kimi nəhəng futbol ulduzlarının alınacağı vəd olundu. İndi isə Laportanın fəaliyyətinə mövsümlər üzrə nəzər salaq.

2003/04 mövsümü. Laporta prezident vəzifəsini tutandan dərhal sonra yeni baş məşqçi axtarışına çıxdı. Ancaq ilk namizəd kimi nəzərdən keçirilən Qus Hiddink onun təklifini rədd etdi. Nəticədə seçim niderlandlı Frank Raykaardın üzərində qaldı, baxmayaraq ki, onun baş məşqçi kimi iş təcrübəsi az idi. Oyunçulara gəlincə, Ronaldinyo, Kuaresma, Rafa Markes, Luis Qarsiya transfer olundu. Kataloniya kubokunu qazanan “Barselona” çempionatda 2-ci yeri tutdu.
2004/05 mövsümü. İkinci mövsüm ərəfəsində Laporta və Sandro Rosselin rəhbərlik etdiyi idarəçilər heyətdə “təmizlik” işini sona çatdırır, Eto”O, Deku, Edmilson, Jüli, Belletti, Silvinyo, Larson, Maksi Lopes, Albertini və Davids alınır. Futbol mövsümü uğurlu keçir, klub Kataloniya kubokunu və İspaniya çempionluğunu qazanır. Əksər kütləvi informasiya vasitələri “göy-narıncılar”a tərif yağdırır. Ancaq komanda avrokuboklarda uğursuzluq yaşayır. Çempionlar Liqasının 1/8 finalında “Çelsi” səddi keçilməz olur. Yeni prezidentin sosial nüfuzu hava limanındakı qalmaqal üzündən ciddi şəkildə sarsılır. Belə ki, Laporta metalaxtaran qurğunun yanında az qala alt paltarına qədər soyunur.

2005/06 mövsümü. “Barsa” bu mövsüm İspaniya çempionu olur, həmçinin klub tarixində 2-ci dəfə Çempionlar Liqasını qazanır və İspaniya Superkubokuna yiyələnir. 2006-nın yayında Laporta ikinci müddətə prezident seçilir. Ona görə ki, seçkidə iştirak üçün zəruri olan 1804 imzanı yalnız o toplamışdı.

2006/07 mövsümü. Komanda bu mövsümə eyforiya içində başladı. Bəziləri düşünürdülər ki, bir mövsümdə 7 titul – Çempionlar Liqası, ölkə çempionatı, İspaniya kuboku, İspaniya Superkuboku, Avropa Superkuboku, klublararası dünya çempionatı və Kataloniya kuboku – qazanmaq kimi unikal imkan var. Mövsümün əvvəli həqiqətən uğurlu alındı: kataloniyalılar İspaniya Superkubokunu qazandılar. Ancaq başqa turnirlərdə əliboş qaldılar. Komandaya Qudyonsen, Türam və Zambrotta gəldi.

2007/08 mövsümü. Bu mövsüm klubu Anri, Abdial, Yaya Ture və Miliato gücləndirdi. “Barselona”nın bu mövsüm heç bir titul qazanmaması klubdaxili ehtirasları gücləndirdi. Komanda ölkə kubokunda və Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandırdı, çempionatda isə 3-cü yeri tutdu. Klub prezidentinin bu duruma reaksiyasını çox gözləmək lazım gəlmədi və Raykaard düşərgəni tərk etdi. Onun boşaltdığı postu 2008-ci il iyulun 6-da Pep Qvardiola tutdu.

2008/09 mövsümü. “Barselona” üçün İspaniya çempionatında 78-ci mövsüm. Komanda La Liqanı, Çempionlar Liqasını, İspaniya kubokunu qazandı. Komandaya Dani Alves, Pike, Keyta, Kaseres və başqaları gəldi.

2009/10 mövsümü. Laportanın prezident kimi son mövsümü. Kataloniyalılar İspaniya çempionluğunu, Superkubokunu, UEFA Superkubokunu və klub dünya çempionatını qazandı, Çempionlar Liqasında yarımfinala qədər irəlilədi. Komandaya Maksvell, İbrahimoviç kimi oyunçular gəldi.
2010/11 mövsümü. 2010-cu il iyunun 13-də klub üzvlərindən 60 faizinin səsini toplayan Sandro Rossel “Barselona”nın yeni prezidenti oldu. O, sələfi Laporta ilə əməkdaşlığa hazır olduğunu da dedi. Yeni prezidentin səlahiyyət müddəti iyulun 1-də başladı. Laporta gethagetdə - mayın 19-da David Vilya ilə də müqavilə bağladı.

Laportanın prezident postunda olduğu 7 ildə futbol komandası 12 titul qazandı. Rəqəmlər iqtisadi və sosial sahədə hansı işlərin görüldüyünü aydın göstərir. İllik büdcə 170 milyon avridan 405 milyona çatdı, klub üzvlərinin sayı 106135-dən 173701-ə çatdı. Laporta “Barsa”nı bütün istiqamətlər üzrə inkişaf etdirdi, klubu təkcə futbolda yox, media, televiziya, yeni inkişaf variantları baxımından da lider mövqeyinə çıxardı. Yekun rəqəmlər: 394 oyun, 247 qələbə, 86 heç-heçə, 61 məğlubiyyət, 814 qol.

Və budu, uzun illər sonra Laporta yenidən qayıdıb ki, sevimli kluba yardım etsin. İşə elə ehtirasla başlayıb ki, artıq müəyyən tərəqqi də görünür. Levandovski, Kunde, Rafinya transfer olunub. Prezidentin ətrafında Jordi Kroyff, Mateo Alemani kimi etibarlı adamlar var. Laporta “Barsa”nı əvvəlki rəhbərliyin saldığı borc uçurumundan çıxarmaq istəyir. Klubun öz yetirməsi Xavi də iş başındadı. Laporta – Xavi işbirliyinin nə dərəcədə faydalı olduğunu elə bu mövsüm görəcəyik.

ORXAN

Paylaş:
Digər xəbərlər
Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:47
    ABŞ fərqi artırdı, Türkiyə gözləyir - DÇ gecəsi
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə