"Zirə"dən qeyri-adi qərar

19.07.2022 14:06 588
Aktual
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” “Makkabi” (Təl-Əviv) ilə qarşılaşacaq.

Football-plus.az xəbər verir ki, paytaxt təmsilçisi oyunla bağlı maraqlı qərar verib. Bildiyimiz kimi, görüş iyulun 21-i, saat 20.00-da “Dalğa Arena”da keçiriləcək. Lakin “Zirə”nin oyunöncəsi son məşqçi və baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı fərqli məkanda baş tutacaq. Tədbirlər Bakı Olimpiya stadionunda keçiriləcək. Rəşad Sadıqovun mətbuat konfransı saat 17.30-da başlayacaq. Media üçün məşq prosesi isə saat 18.00-da start götürəcək.

Həmin gün “Dalğa Arena”da, saat 18.45-də "Makkabi Təl-Əviv"in baş məşqçisi Vladimir İviçin mətbuat konfransı, 19.30-da isə media üçün açıq məşq (ilk 15 dəqiqəsi) keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul