• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Florentino Peres kimlərdən narazıdı?

Dünya futbolu

23-06-2022, 22:0

İspaniyanın “El Chiringuito” televiziya proqramının qonağı olan Florentino Peres Çempionlar Liqasındakı qələbədən və Kilian Mbappenin transferinin baş tutmamasından sonra ilk dəfə geniş müsahibə verib.

“Real”ın prezidentinin bəzi açıqlamalarını təqdim edirik.

“Artıq bu gətirmək istədiyim Mbappe deyil, arzusuna xəyanət edəndi”

Peres söhbətin gedişində Mbappenin ciddi şəkildə dəyişməsi ilə bağlı fikri bir neçə dəfə təkrarlayıb: “Real”da oynamaq onun arzusu idi. Biz onu ötən ilin avqustunda transfer etmək istəyirdik, ancaq PSJ icazə vermədi. Qəti qərarın verilməsindən təxminən 15 gün əvvəl Kilian hələ də Madriddə oynamaq istədiyini deyir və təkrarlayırdı. Artıq bu gətirmək istədiyim Mbappe deyil, başqasıdı, arzusuna xəyanət edəndi. Ona müxtəlif şeylər təklif etdilər, təzyiq göstərdilər. “Real”da klubdan yüksəkdə dayanan kimsə yoxdu. O, qələbələr gətirməyi bacaran əla oyunçudu. Ancaq futbol kollektiv idman növüdü. Bizdə dəyişə bilmədiyimiz dəyərlər və prinsiplər var. Kilianı sevirəm, o cəhd edirdi, ancaq təzyiq qərarını dəyişməyə məcbur etdi. Düşünürəm ki, anası onun “Real”a keçməsini istəyirdi və eşitmişəm ki, keçid alınmadığına görə məyusdu. Bir halda ki belədi, qoy elə PSJ-də qalsın. Mən arzularla yaşayan adamı görmək istəyirdim”.

“İspaniya kralının “Betis”ə telefon açmasını təsəvvür edin”

Peresin fikrincə, Kilianın qərarında həlledici nüans Fransa prezidenti Emmanuel Makronla olan danışıqdı: “Düşünürəm ki, siyasi təzyiq hər şeydən daha artıq dərəcədə təsir göstərdi. Mənə elə gəlir ki, o özünü qəfəsdə hiss edirdi. Və çətin məqamda panikaya düşdü. Belə şey heç cür başıma girmir – təsəvvür edin ki, İspaniya kralı “Betis”in oyunçusuna telefon açır və klubdan getməsini istəmir”.

“Real”ın prezidenti həmçinin Kilianla niyə ilkin müqavilə bağlamadığı haqda suala cavab verib:

“Mümkünsüz idi. Bunun üçün futbolçu ilə birgə PSJ-nin qapısını döymək lazım idi ki, bu da Mbappe ətrafında böyük həyəcana səbəb olacaqdı. Ən ağıllı qərar qüvvədə olan müqaviləsinin bitəcəyi vaxtı gözləmək idi. Belədə PSJ vəziyyəti ictimailəşdirəcək, onsuz da öhdəsindən gəlməyin çətin olduğu təzyiq bir qədər də artacaqdı. Onun qərarından necə xəbər tutdum? Mesaj göndərdi, mən də cavab verdim”.

“Holannı niyə alım? Ehtiyat oyunçular skamyasında oturması üçün?”

Təbii ki, Peresdən “Real”ın Erlinq Holann uğrunda mübarizəyə qoşulmamasının səbəbini də soruşublar. Kərim Benzemanın möhtəşəm formasına əsaslanan prezident bu suala hiyləgərcəsinə cavab verib:

“Dünyanın ən yaxşı 9 nömrəsi bizdə oynayır. Holannı niyə alım? Ehtiyat oyunçular skamyasında oturması üçün? Onun iki ildən sonrakı dəbbəpulu haqda heç nə bilmirəm. İndi bizi gənc oyunçulardan və bəzi debütantlardan ibarət yeni komanda formalaşdırmaqdan başqa heç nə güclü şəkildə maraqlandırmır. “Real” üçün yay “transfer pəncərəsi” bağlanıbmı? Hələ ki dayanmışıq, çünki bizim üçün başqa hədəflər yoxdu. İyulda və avqustda kimlərin gedəcəyinə baxmaq lazım gələcək. Günlərin birində Benzemanın əvəzedicisi gələcək, ancaq ona görə yox ki, Kərim ehtiyat oyunçular skamyasında otursun”.

“Superliqa ideyası yaşayır, UEFA ÇL-in finalını məhz Parisə verməyin səbəbini izah etməlidi”

“Real”ın prezidenti UEFA və PSJ ilə də müharibəni davam etdirir. O, əvvəlcə Superliqa haqda suala cavab verib:

“Əlbəttə, Superliqa ideyası yaşayır, iş hazırda Lüksemburq məhkəməsindədi, tezliklə dinləmə olacaq. Qaldırdığımız məsələlər üzrə qərar qəbul olunacaq. Hesab edirik ki, Avropada öz aramızda yarışlar təşkil etməyə haqqımız var. UEFA-nın burda inhisarçı olduğunu anlayırıq, ancaq Avropa birgəyaşının sütun prinsiplərindən biri də rəqabətdi”.

Ardından Peres Çempionlar Liqasının Parisdə keçirilən finalını “kötəkləyib”. Bildiyiniz kimi, təşkilatçılar azarkeş axınının öhdəsindən gələ bilmədiyindən oyunun startı 36 dəqiqə yubanmışdı:

“Belə şey olmamalıdı. UEFA-dan soruşuruq – oyunun yeri dəyişdirilərkən hansı meyarlar nəzərə alınır? Və Fransa hökumətindən soruşuram – niyə hamımızı müdafiə imkanından məhrum etdiz? Azarkeşlər qarətdən və zorakılıqdan əziyyət çəkdi, bəziləri xəstəxanada gecələməli oldu. Qoy desinlər ki, niyə məhz Parisi seçiblər? Deyilənə görə, bunun səbəbi PSJ-yə 0:1 uduzmağımız olub. Matçın yerinin dəyişməsi ilə bağlı qərar cavab görüşünə qədər verilib. Bəzi adamlar “Bernabeu”da qalib gəlib finala çıxacaqlarına ümid edirdilər”.

“Vinisius da “Qızıl top” alacaq”

Madridlilərin bossu komandanın indiki heyətini dəyərləndirib:

“Böyük oyunçuları ya satmırlar, ya da onlar çox bahadı. Bizdə dəbbəpulu 1 milyard avro olan futbolçular var. Bizdə Vinisius, Rodriqo, Valverde, Militao var... Vinisiusun yeni müqaviləsi ilə bağlı problem? Heç bir problem yoxdu. O həmişə deyir ki, “Real”dan getmək istəmir. Heç kim Vinisiusu satmaq fikrində deyil. Düşünürəm ki, o gələcəkdə dəqiq “Qızıl top”u alacaq. Benzemann bu il alacağı kimi. Bəzi oyunçular, məsələn, Rodriqo və Valverde tezliklə “açılacaq”. Düşünürəm ki, bizi heyran edən növbəti oyunçu Rodriqo olacaq. Vinisius “Real”a 18 yaşında gəldi, “Kastilya”da oynadı. O indi gördüyümüz səviyyədə deyildi. İlbəil yaxşılaşdı”.

Robert Levandovskinin “Barselona”ya mümkün keçidi də Peresi məyus etmir: “Kataloniyalılara görə sevinərdim. Yəqin bu əla transfer olardı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2022, 16:0

Peres Benzema və Mbappe ilə bağlı açıqlama verdi

Dünya futbolu

15-03-2022, 16:0

Mbappe “Real”la yanvarın 30-da müqavilə bağlayıb?

Aktual
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Son xəbərlər
  • Bu gün, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Bu gün, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Bu gün, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Bu gün, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Bu gün, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Bu gün, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Bu gün, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Bu gün, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə