AFFA-nın təşkil etdiyi U-9 liqasının qalibi olan "Qarabağ" U-9-un üzvləri klubun bazasını ziyarət ediblər.
[b]"Football-plus.az" [/b] xəbər verir ki, Ağdam təmsilçisinin akademiyasının məşqçiləri və rəsmilərinin iştirak etdiyi turda futbolçular "Azersun Arena"nı gəzib, bazada yaradılmış şəraitlə tanışıb olublar.
Klubun direktoru Əmrah Çəlikəl U-9 liqasının qalibi olan futbolçularla görüşüb, onlara həyatda və futbol karyeralarında uğurlar qazanmalarını arzulayıb.