"Qurban hoca ilə qürur duyur və fəxr edirik"

13.04.2022 15:58 814
Ölkə futbolu / Manşet
Bu gün "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun bazasını ziyarət edib.

"Köhlən atlar"ın rəhbəri Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ilə görüşüb, onu 50 illik yubileyi münasibəti ilə təbrik edib. Gözəl ona “Qarabağ”dakı uğurlarına görə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb:

"Bu gün böyük qürur və fəxrlə deyirəm ki, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanovdu. Çətin günlərimiz də olub, bərabər böyük uğurlar əldə etmişik, tarixi nəticələr qazanmışıq. Biz o çətin günlərdə də Qurban Qurbanova güvənmişik, indi də güvənirik və bundan sonra da güvənəcəyik. İnanıram ki, Qurban hoca növbəti yubileylərini də məhz “Qarabağ”ın baş məşqçisi kimi keçirəcək.

Qurban Qurbanov futbol ictimaiyyətinə nümunə olacaq şəxsiyyətdi. Onun “Marsel” ilə oyundakı jesti yaddaşlardan silinməyəcək, tarixdə qalacaq. Təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyev Qurban Qurbanovun məhz həmin hərəkətini xatırladaraq, nümunə gətirdi. Qurban hoca ilə qürur duyur və fəxr edirik. Əminəm ki, bundan sonra da “Qarabağ”ımız Qurban Qurbanovla yeni tarixi uğurlar əldə edəcək”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul