Rəşad Sadıqov üçün sevinc və kədər anı

30.05.2022 09:29 839
Premyer-liqa
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı ölkə kubokunun finalının "Qarabağ" - "Zirə" matçından sonra stadionda çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Gənc mütəxəssis yaşadığı hissləri belə ifadə edib:

"Kubokun finalı: üzüntü və qürur bir arada”.

Əsas və əlavə vaxtı 1:1 hesabıyla başa çatan matçda "Qarabağ" rəqibini penaltilərdə üstələyib (4:3) və qələbə qazanıb.