"Daha bir məqsədə nail olduq" - Kadi Borges

30.04.2022 13:35 714
Ölkə futbolu
"Qarabağ"ın üzvü Kadi Borges şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.

Braziliyalı yarımmüdafiəçi Azərbaycan kubokunun yarımfinalında "Qəbələ"ni 5:0 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini izləyiciləri ilə bölüşüb:

"Daha bir məqsədə nail olduq, kubokun finalındayıq. İndi başqa məqsəd axtarışına çıxaq. İrəli!"