"Qarabağ"ın futbolçusu Riçard Almeyda şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.
"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi çempionluq sevincini izləyiciləri ilə bölüşüb:
"Əvvəlcə bu titul üçün Allaha şükür, hər zaman yanımda olan ailəmə təşəkkür etmək istəyirəm. Həmçinin, bu uğura və çempionluğa görə "Qarabağ" rəhbərliyinə və bütün komandaya minnətdaram".