Oyundan öncə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov stadionun ot örtüyünü əli ilə yoxladı. Bundan sonra gənc mütəxəssis klubun baş meneceri Elman Himayətoğlu ilə qazonun vəziyyəti haqda söhbətləşdi. Deyəsən, Sadıqov ot örtüyünün durumundan məmnun qalmamışdı. Bunu aydınlaşdırmaq üçün “qartallar”ın baş menecerini aradıq:
“Rəşad Sadıqovun qazonla bağlı heç bir narazılığı olmayıb. Düzdü, ot örtüyü ilə bağlı öz aramızda danışdıq. Amma burda narazılıqdan söhbət getmirdi”.
İLKİN SULTANLI

