• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Beyl “Real”ın bayramına qatılmağı lazım bilmədi

Dünya futbolu

7-05-2022, 21:0

“İctimaiyyətin diqqət mərkəzində olduğum dönəmdə dərim qalınlaşıb, ancaq...”

“Real” tarixində 35-ci çempionluğu qazandı və bu uğuru haqlı olaraq, təmtəraqla qeyd edir. Sevincdən axan göz yaşları, bunun ifadəsi olan fotolar – təbii mənzərələrdi. Bir komanda ən yaxın, əzəli-əbədi rəqibindən 9 çempionluq qədər uzaqlaşdısa, hər cür təntənəni haqq edir. Amma bu şadyanalığa qoşulmayan futbolçu da var. Söhbət “Espanyol” üzərində qələbənin qazanıldığı gün “Santyaqo Bernabeu”ya təşrif buyurmağı lazım bilməyən Qaret Beyldən gedir.

Formal səbəb budu ki, uelsli belində ağrılar hiss edir. “Marca” oyun ərəfəsində yazırdı ki, oyunöncəsi məşqə qatılan Qaret ardından həkimlərə ağrılardan şikayətlənib və evə yollanıb. Məhz bu səbəbdən Beyl oyunun sifariş ərizəsinə salınmayıb. “Real”ın bütün qalan oyunçuları stadionda idi və artıq vurğuladğımız kimi, çempionluğu böyük sevinclə qeyd etdilər. Onların arasında Beyl kimi, demək olar ki, cari mövsümdə oynamayan Eden Azar da var idi. Stadiona uşaqları ilə gələn belçikalı komanda fotosunda da yer aldı. Eden turist kimi görünsə də, hər halda, bayramın bir parçası idi. Zədəlilər – Yoviç, Naço və Militao da komanda yoldaşlarının sevincinə qoşulmuşdu. Təbii ki, Beylin belə davranışı azarkeşlərin xoşuna gəlmədi. Amma bir məqam da var ki, onlar artıq buna öyrəşiblər.

Mövsümboyu fanatlar və jurnalistlər ilə “atışdı”

2021/22 mövsümü Beyl üçün təkcə futbol planında ağır olmadı. Ötən ilin noyabrında klub bazası yaxınlığında azarkeşlər onu “gey” adlandırdı – sadəcə, ona görə ki, yığmanın düşərgəsində zədə alıb bir neçə həftəliyə sıradan çıxmışdı.

Uels yığmasının Avstriya ilə oyunundan əvvəl ispan jurnalistlər onu “Real”da oynamaq həvəsində olmamaqda ittiham etməklə vəziyyəti bir qədər də gərginləşdirdilər. Elə həmin “Marca” yazırdı:

“Real” Qaret üçün prioritet deyil. Klubda zədələrdən şikayətlənir və zalda çalışır, ancaq yığmanın bir oyununu da buraxmır”.

Həmkarımız Antonio Romero açıq-açığına “Real”ı və Ançelottini uelslinin müdafəsindən əl çəkməyə çağırırdı.

Beyl bu tənqidə yetərincə sakit reaksiya verdi:

“Onlara fikir vermirəm, boşuna vaxt itkisidi. Belə tənqidlər mənə təsir göstərmir. Nə yazdıqları vecimə də deyil. Nələrsə deyə bilərəm, amma yaxşısı belə etməməkdi”.

Hər halda, Qaret tezliklə cavab verməli oldu. Çünki “Marca” köşə yazısında onu “parazit” adlanırmışdı:

“Bilmək istəyirəm ki, bu jurnalistləri və xəbər agentliklərini kim məsuliyyətə cəlb edəcək, kim onlara belə yazılar üçün şərait yaradır? İctimaiyyətin diqqət mərkəzində olduğum dönəmdə dərim qalınlaşıb, ancaq bu o anlama gəlmir ki, belə yazılar mənə zərər vurmur, şəxsi və peşəkar planda məyus etmir. Medianın adamların psixoloji və fiziki sağlamlığına necə zərər vura bilməsinin şahidi olmuşam. İdmançılara gündəlik təzyiq böyükdü. Aydındı ki, KİV-in neqativ diqqəti ictimaiyyətin diqqət mərkəzində olan, artıq stress yaşayan idmançını və ya istənilən başqa adamı asanlıqla ümidsizlik həddinə çatdıra bilər”.

Yayda “Real”dan gedəcək, bəlkə karyerasına da bitirə

Bəlkə də Beyl Madriddə qalmaq istəyir. Ancaq klub bu ideyanın əleyhinədi. Klub prezidenti Florentino Peres yayda müddəti bitəcək müqaviləni uzatmaq fikrində deyil.

• “Marca” əmindi: “Real” çoxdan Beyl, Marselo və İskonun müqavilə müddətini uzatmamağa qərar verib – onlar yayda gedir. Bu futbolçuların gedişi hesabına klub təxminən 60 milyon avro qənaət edəcək.

• “The Athletic” isə iddia edir ki, Uels yığması dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasa, Beyl, ümumiyyətlə, futboldan gedəcək. Pley-offda möhkəm Avstriyanı məğlub etsələr də, Şotlandiya – Ukrayna cütünün qalibi ilə həlledici oyun uelsliləri gözləyir.

• Ancaq yığma Qətərə yollanmağı bacarsa, Qaret daha bir mövsüm oynamağa hazırdı. “Sky Sports” onun “Kardiff”ə və ya “Suonsi”yə keçəcəyini yazır – hələ ki başqa namizədlər yoxdu. Hərçənd “El Nacional” yaxınlarda iddia edirdi ki, Beyl “Sauthempton”un da düşərgəsində görünə bilər. Guya “müqəddəslər”in yeni sahibi – serb Draqan Şolak oyun oyununa vurğundu. Maraqlıdı, Beylin sonrakı karyerasında daha bir çempionluq təntənəsi olacaqmı?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-06-2022, 15:0

Qaret Beyl "Real"dan ayrıldı

Dünya futbolu

25-04-2022, 17:0

Beyl "Atletiko"ya keçə bilər

Dünya futbolu

10-04-2022, 17:0

“Santyaqo Bernabeu”ya dönüşü fitlə qarşılandı

Dünya futbolu

16-05-2022, 23:0

Beyl "Real"dan gedir

Dünya futbolu

30-04-2022, 17:0

Beyl üçün növbəti problem

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə