Beyl "Real"dan gedir

16.05.2022 23:43 582
Dünya futbolu
"Real"ın futbolçusu Qaret Beyl bu mövsümün sonu Madrid klubundan ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə uelsli oyunçunun agenti Conatan Barnett məlumat verib. O, 32 yaşlı yarımmüdafiəçinin Uels millisindəki karyerası ilə bağlı qərarının isə dünya çempionatın vəsiqə qazanılıb-qazanılmamasından asılı olacağını söyləyib.

Qeyd edək ki, Beyl bu mövsüm La Liqada 5 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.