“Santyaqo Bernabeu”ya dönüşü fitlə qarşılandı

10.04.2022 17:40 416
Dünya futbolu
Qaret Beyl “Real”ın azarkeşlərinin xoşagəlməz davranışı ilə üzləşib.

“Santyaqo Bernabeu”da azarkeşlər La Liqanın 31-ci turunun “Xetafe” ilə oyununun (2:0) 74-cü dəqiqəsində Kərim Benzemanın əvəzinə meydana daxil olan uelsli hücumçunu fitə basıblar. Qeyd edək ki, Beyl 2020-ci il iyunun 24-dən sonra ilk dəfə bu stadionda oynayıb və hər hansı məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

32 yaşlı futbolçu 2020/21 mövsümünü icarə əsasında “Tottenhem”də keçirib. Qaretin yayda “Real”ı tərk etmək ehtimalı yüksəkdi.