Qaret Beyl "Real"dan ayrıldı

1.06.2022 15:30 534
Dünya futbolu
İspaniyanın "Real" klubunda ayrılıq yaşanıb.

"Football-plus.az" xəbər verir ki, uelsli futbolçu Qaret Beyl "kral klubu"ndan ayrılıb. 32 yaşlı vinger Madrid təmsilçisi ilə müddəti bitən müqaviləsini yeniləməyib.

2013-cü ildən "Real"da çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.