• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

Maraqlı

13-04-2022, 13:0

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.

Yarış Azərbaycanın ilk onlayn qanuni mərc saytı "eTopaz"ın baş sponsorluğu, "Kəhriz su"nun tərəfdaşlığı, "Report" Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.

Məqsəd İAM-ın və “eTopaz”ın 10 illik yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.

Yarış iştirakçıları

Yarışda yalnız jurnalistlər iştirak edə bilərlər. Komandalar püşkatma yolu ilə “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Laçın”, “Kəlbəcər”, “Ağdam” və “Şuşa” adlanacaq və hər birinə təşkilatçı tərəfindən geyim forması (futbolka və şortik) veriləcək. Oyunçuların yalnız həmin formalarla meydana çıxa biləcəklər.

Yarış üçün qeydiyyat İAM-ın feysbuk hesabı (//www.facebook.com/iam.122) və ya elmemmedov@gmail.com elektron ünvanı vasitəsilə həyata keçiriləcək. Təşkilat Komitəsinə müraciət fərdi qaydada deyil, 8 nəfərlik komanda formasında ediləcək. Komandanın rəhbəri (kapitan və ya oynayan məşqçisi) qapıçı və 7 meydan oyunçusunu geyim ölçüləri ilə birlikdə verməlidir.

Turnirdə iştirak üçün 8 komandanın rəhbəri oyunçuların geyim ölçüləri göstərilməklə 8 nəfərdən ibarət iştirak ərizəsini doldurmalıdır. Forma nömrələri 02 (“Ağdam”), 14 (“Cəbrayıl”), 19 (“Füzuli”), 32 (“Kəlbəcər”), 39 (“Qubadlı”), 41 (“Laçın”), 58 (“Şuşa”) və 64 (“Zəngilan”) olacaq.

Turnirin keçirilmə şərtləri

İlk tur 4 may – İAM-ın yaradılmasının 10-cu ildönümü günündə açılış mərasimindən sonra start götürəcək. Zəfər Kubokuna 19 iyun – mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının ildönümü günündə yekun vurulacaq.

Turnirin təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz. Müstəsna hallarda oyunların vaxtı dəyişdirilə bilər. Qarşılaşmalar iki hissədən ibarət olacaq. Hər hissə 20 dəqiqə, hissələr arasında fasilə 5 dəqiqə olacaq. Hər bir komandanın hər hissədə 1 (bir) dəfə “taym out” götürməsinə icazə var. Götürülən “taym out”lar ərzində oyunun vaxtı saxlanılır. Hissələrin əsas vaxtına vaxt əlavə olunmayacaq. Bu, yalnız müstəsna hallarda baş verəcək.

Turnirin oyunları zamanı meydanda 5+1 futbolçu (5 meydan oyunçusu və 1 qapıçı) olacaq. Oyunların gedişində futbolçuların əvəzetmələrinə məhdudiyyət qoyulmayacaq. Qapıçı 4 saniyədən artıq topu özündə saxlaya bilməz. Bu qayda out atışları və küncdən zərbələr zamanı da qüvvədədir. Komandaların heyətlərində əlavə sifarişlər qəbul olunmur.

Komandalara təqdim edilən sifariş vərəqəsinə 8 futbolçunun adı daxil edilir. Oyunun protokoluna da 8 futbolçunun adı və soyadları daxil edilməlidir. Qarşılaşmanın başlamasına minimum 10 dəqiqə qalmış matçın protokolu komandanın kapitanları tərəfindən doldurulmalıdır.

Qaydalar

Komandalardan biri oyuna gəlməyəcəyi halda, ona 0:5 hesablı texniki məğlubiyyət veriləcək və bu, turnir cədvəlində əksini tapacaq. Həmin 5 qol da turnir cədvəlinə əlavə olunacaq. Hər iki komanda oyuna gəlməsə, ikisi də texniki məğlubiyyətlə üzləşməli olacaq. Bu zaman da toplar turnir cədvəlində əksini tapmalı olacaq.

Turnirdə jurnalist olmayan şəxslərin çıxışı qəti qadağandır. Bu hallara sonradan rast gəlinsə, həmin futbolçunun lisenziya vərəqəsi alınacaq və həmin oyunçu növbəti oyunlara buraxılmayacaq. Həmin komanda haqqında Təşkilat Komitəsi qərar verəcək. Jurnalist olmayan şəxs dedikdə, bu, ehtiyac yarandıqda, elektron əmək müqaviləsi qeydiyyatı ilə hər hansı KİV-də çalışmadığı sübut edilən şəxsə aid edilir.

Turnir hərəsində 4 komanda olmaqla, qrup sistemi, yəni, iki qrup (A və B qrupları) üzrə keçiriləcək. Hər qrupdan iki komanda yarımfinala, yarımfinal oyunlarının qalibləri isə finala vəsiqə qazanacaq. Üçüncü yer uğrunda görüş olmayacaq və yarımfinalda uduzanlar avtomatik olaraq, üçüncü yerin sahibi sayılacaqlar.

Hakimlik FİFA oyun qaydaları əsasında həyata keçiriləcək. Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmayacaq.

Cəzalar

Turnirdə müxtəlif matçlarda iki sarı vərəqə alan oyunçu növbəti turun oyununu buraxır. 2 sarı vərəqə alan futbolçunun adı növbəti oyunda iştirak ərizəsinə salınmazsa və həmin oyunda rəqib komandaya texniki məğlubiyyət verilərsə onun aktivindəki vərəqələr silinəcək. Turnirin oyunları zamanı qırmızı vərəqə alan futbolçu isə avtomatik olaraq növbəti turun oyununu buraxır. (Həmin futbolçunun aktivindəki sarı vərəqələr saxlanılır).

Protest verən komandanın kapitanı oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protest oyunun protokolunda öz əksini tapmalıdır. Protest komandanın kapitanı tərəfindən imzalanmalı və 24 saat ərzində təqdim olunmalıdır.

24 saatdan sonra heç bir komandanın şikayətinə baxılmayacaq. Protestlər yalnız lipa futbolçunun iştirakı və oyunun vaxtı ilə bağlı verilə bilər. Digər bütün hallarda şikayət qəbul olunmur.

Qaliblərin müəyyən olunması

Qruplarda ilk 2 yerin sahibləri tutduqları xallara görə müəyyən olunacaq. Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.

Komandaların xalları eyni olduğu təqdirdə turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən edilir:

a. Komandaların öz aralarındakı keçirdiyi oyunun nəticələrinə əsasən

(Əgər iki və daha artıq komandalar eyni sayda xal toplayarsa, onda yalnız həmin mövqedə qərarlaşan komandaların öz aralarındakı oyunların nəticələri və top fərqləri hesablanacaq).

b. Ən çox qələbə qazanmış komanda.

c. Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə

d. Ən az qayda pozuntularına görə (yəni ən az sarı (1 xal) və qırmızı (3 xal) vərəqə alan komanda turnir cədvəlində daha yüksək pilləni tutur).

Yarımfinal oyunlarında və final oyununda qarşılaşma heç-heçə başa çatarsa birbaşa penalti zərbələrinə keçiriləcək.

Mükafatlandırma

1-ci yer – Zəfər Kuboku, 2 000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), diplomlar
2-ci yer – 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat), diplomlar

Yarımfinalda uduzanlar: diplomlar.

Eyni zamanda, turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardirinə xatirə plaketi veriləcək.

​Bütün qarşılaşmalar Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin ("Neftçi"nin keçmiş bazası) meydançalarında keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Maraqlı

19-04-2022, 10:0

Zəfər Kubokunda komandaların sayı artırıldı

Ölkə futbolu

23-05-2022, 16:0

Zəfər Kubokunda yarımfinalçılar müəyyənləşdi

Maraqlı

4-05-2022, 21:0

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Maraqlı

17-05-2022, 10:0

Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR

Ölkə futbolu

28-05-2022, 20:0

Zəfər Kubokunda finalçılar bəlli olub

Maraqlı

22-04-2022, 19:0

Zəfər Kubokunun püşkü atıldı - FOTOLAR

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 179
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə