• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zəfər Kubokunun püşkü atıldı - FOTOLAR

Maraqlı

22-04-2022, 19:0

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçiriləcək mini-futbol üzrə Zəfər Kubokunun püşkatma mərasimi keçirilib. 

"Report" agentliyinin ofisində təşkil olunmuş tədbirdə İAM-ın sədri və agentliyin idman şöbəsinin redaktoru Elşən Məmmədov may və iyunun əlamətdar aylar olduğunu və məhz turnirin bu tarixlərə salınmasının təsadüfi olmadığını bildirib. İşğaldan azad olunmuş ərazilərin adlarını daşıyan komandaların iştirakı ilə mini-futbol turnirini ilk dəfə 2021-ci ildə Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkil etdiyini xatırladan E.Məmmədov bu ideyanın yaşamasının zəruriliyini bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyən İAM sədri qazilərə can sağlığı arzulayıb: "Əvvəllər mayda Şuşa və Laçının işğalını hüznlə anırdıqsa, artıq torpaqlarımız işğaldan azad olunub".  

O qeyd edib ki, hazırda Zəfər Kuboku adını daşıyan turnir eyni formatla gələn il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil oluna bilər: "Əsas odur ki, format özünü doğruldur və yaşamalıdır. Çünki bizim üçün əlamətdar olan günlərdə keçirilir. Komandaların adları müqəddəs sayılan, işğaldan azad edilmiş bölgələrə verilib. Bu turnirlə bağlı elan verəndə, ilk olaraq 8 komandanın iştirakı nəzərdə tutulurdu. Daha sonra müraciətlərin çoxluğunu nəzərə alıb, komandaların sayını 12-ə yüksəltdik və format dəyişikliyinə getdik. Turnirə maraq böyükdür və oynamaq istəyən komandalar yetərincədir. Bütün yarış iştirakçılarına təşəkkür edirəm. İnanıram ki, turnir sağlam və gərgin rəqabət şəraitində keçəcək".

Turnirin Təşkilat Komitəsinin üzvlərindən beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov bütün komandalara uğurlar arzulayıb, təşkilatçılara və sponsorlara təşəkkürünü bildirib: "Bu gün Milli Qəhrəmanımız, Allahverdi Bağırovun doğum günüdür. Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirik. Arzu edirəm ki, Azərbaycan çempionatında da komanda sayı 12 olsun, müqəddəs torpaqlarda turnirlərin davamı olsun. Bir daha hər birinizə uğurlar arzulayıram. Futbol emosional oyundur, hər birimiz komandaların adlarını göz önünə gətirib turniri elə səviyyədə keçirməliyik ki, nümunəvi olsun". 

Region Liqasında çıxış edən "Cəbrayıl" klubunun prezidenti Cavid Hüseynov tədbirdə iştirakı özünə borc bildiyini vurğulayıb: "Futbol hər kəsi birləşdirən idman növüdür. Bu yarışda jurnalistlərimiz öz məharətini göstərəcək. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışını dinlədim. O da xüsusi olaraq qeyd etdi ki, Zəfər yolu sadəcə yoldan ibarət deyil. Bu günə gəlib çıxmağımızda Qarabağın işğaldan azad edilməyində böyük - 30 illik məsafə var. Turnirin adı ilə bağlı çox gözəl seçim etmisiniz. Hər birinizə uğurlar arzulayıram. Şəhidlərimiz və qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad olunub. Komandalara uğurlar arzu edirəm, maraqlı turnir olacağına inanıram". 

Təşkilat Komitəsinin üzvü, idman jurnalisti Mehman Süleymanov turnirə çox gözəl adın verildiyini diqqətə çatdırıb: "Allah həmkarımız Elnur Əşrəfoğluna da rəhmət eləsin. Zəfər Kubokunun final matçı onun doğum gününə təsadüf edəcək. İdman mediasının yarışları rəqabət baxımından geri qalmır. Bir sıra jurnalistlər bu sahədə də bacarıqlıdırlar. Zəfər Kuboku da İAM və ETOPAZ-ın 10 illik yubileyi ilə bağlı keçirilir. Bütün komandalara uğurlar arzulayıram".

ETOPAZ-ın Müştəri xidmətləri şöbəsinin müdiri Yusif Həsənov bir çoxları tərəfindən Azərbaycanın ilk qanuni mərc saytı kimi tanınmalarına baxmayaraq, şirkətin bir sıra layihələrdə yaxından iştirak etdiyini xatırladıb: "Aztəminatlı ailələrə və Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibə iştirakçılarına yardımlar etmişik. YAŞAT və Qarabağ Dirçəliş Fonduna ianələr etmişik. Şirkət olaraq bu turnirdə iştirak etmək qürurverici haldır. İnanıram ki, turniri layiq olan komanda qazanacaq".

Daha sonra püşkatma mərasimi keçirilib:

A qrupu: "Füzuli" ("Report"), "Xocavənd" ("İdman" TV), "Cəbrayıl" ("Futbol+")

B qrupu: "Suqovuşan" ("Veteranlar"), "Xocalı" ("Vəfadar"), "Şuşa" (ARB TV)

C qrupu: "Laçın" (İctimai-siyasi jurnalistlər), "Qubadlı" ("Elnur Əşrəfoğlunun komandası"), "Kəlbəcər" ("Teleqraf Holdinq")

D qrupu: "Zəngilan" ("Şuşa-2021"), "Xankəndi" ("Bakı"), "Ağdam" ("Xəzər")

4 may
10:30. Açılış mərasimi

I tur
11:00. "Zəngilan" - "Ağdam"

8 may
11:00. "Füzuli" - "Cəbrayıl", "Suqovuşan" - "Şuşa" 
12:00. "Laçın" - "Kəlbəcər"

15 may
II tur
11:00. "Xocavənd" - "Cəbrayıl", "Xocalı" - "Şuşa"
12:00. "Qubadlı" - "Kəlbəcər", "Xankəndi" - "Ağdam"

22 may

III tur
11:00. "Füzuli" - "Xocavənd", "Suqovuşan" - "Xocalı"
12:00. "Laçın" - "Qubadlı", "Zəngilan" - "Xankəndi"

28 may
Yarımfinal
11:00. A qrupunun qalibi - C qrupunun qalibi
12:00. B qrupunun qalibi - D qrupunun qalibi

19 iyun
12:00. FİNAL.





























Paylaş:
Digər xəbərlər

Maraqlı

4-05-2022, 14:0

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Maraqlı

19-04-2022, 10:0

Zəfər Kubokunda komandaların sayı artırıldı

Maraqlı

4-05-2022, 21:0

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Ölkə futbolu

23-05-2022, 16:0

Zəfər Kubokunda yarımfinalçılar müəyyənləşdi

Aktual
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
Son xəbərlər
  • Bu gün, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Bu gün, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə