• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Özümüzü yuxarı qalxmağa fokuslamışıq” – NAİL KƏRİMOV

Ölkə futbolu / Manşet

12-04-2022, 14:0

Konfrans Liqasına vəsiqə qazanmağa çalışan “Qəbələ” artıq 5 turdu qələbəyə həsrət qalıb.

Bir ara hətta ikinci pillədə qərarlaşan “qırmızı-qaralar” turdan-tura geriləyir ki, bu da hazırda 5-ci pillədə qərarlaşan “Sabah”ın işinə yarayır. Premyer-liqanın 22-ci turunda autsayder “Səbail”ə məğlubiyyət bölgə təmsilçisinin durumunu daha da qəlizləşdirib. Artıq “Sabah”la aradakı xal fərqi 2-yə enib və bu da o deməkdi ki, qarşıdakı turlarda növbəti yenilgi “Qəbələ”ni avrokubok zonasından uzaqlaşdıra bilər.

Komandanın baş məşqçisi Elmar Baxşıyev hər nə qədər yetirmələrinin “qara zolağ”a düşmədiyini söyləsə də, real durum fərqli mənzərədən xəbər verir. Nə baş verir, uzun müddət ilk “üçlük”də qərarlaşan kollektiv niyə son matçlarda özünə bənzəmir? Bu sualı klubun idman direktoru Nail Kərimova ünvanladıq:

“Bəli, artıq 5 oyundu ki, komanda qələbə qazana bilmir. Xüsusilə “Keşlə” və”Səbail”lə görüşlərdəki xal itkiləri yersiz oldu. “Keşlə” və “Zirə” ilə matçlarda komanda yaxşı oyun sərgiləmişdi. Iki qarşılaşmada top 6 dəfə dirəkdən və tirdən dönüb. Sənan Qurbanovun çalışdırdığı kollektivlə matçda 8 yüzfaizlik qol vəziyyətindən istifadə olunmayıb. Həmin görüşdə rəqibin bir imkanı olub və ondan da yararlanıb. “Neftçi” və “Qarabağ”a uduzduğumuz matçlarda belə normal oynamışdıq. “Səbail” ilə görüş istisna oldu. Bəlkə də mövsümdə ən zəif oyunmuz oldu. Açığı, rəqibdən belə motivasiyalı çıxış gözləmirdik ki, bəlkə də bu biz tərəfdən bir yanlışlıq idi. Bunu nəzərə almalı, öncədən görməliydik. “ASCO Arena”nın qazonunun vəziyyəti də yaxşı deyildi. Bizim komanda təbii ota öyrəşdiyindən futbolçularımız süni örtükdə istədikləri kimi çıxış edə bilmədi. Üçüncü məqam kimi də hakimliyi qeyd edə bilərəm. Bu fikirlər artıq bir neçə yerdə səslənib. Söhbət matçın nəticəsinə birbaşa təsir edən hakim səhvlərindən gedir. Qapımıza vurulan birinci qol zamanı oyunçumuza qarşı qayda pozulur, ancaq fit səslənmir. 50-ci dəqiqədə cərimə meydançasında top rəqibin əlinə dəysə də, hakim davam işarəsi verir. Həmin an penalti təyin olunmalı idi. Hesab 1:1 olandan sonra oyunun gedişatı dəyişə bilərdi. Bunların heç birini bəhanə kimi qəbul etməyin. Sadəcə, reallığı dilə gətirdim. “Səbail”ə qarşı həqiqətən zəif oynadıq. “Keşlə” ilə matçda xal itirsək belə, kollektiv ümidverici oyun sərgiləmişdi. Bu üzdən narahatlığımız yox idi. Ancaq son matçdan sonra narahat olmağa başladıq. Artıq hər şey geridə qalıb. Hamımız, içi mən qarışıq növbəti qarşılaşamaya hazırlaşırıq. “Sumqayıt”la görüş bizim üçün həlledici matçlardan biri olacaq”.


Qış fasiləsindən sonra çoxları “Qəbələ”nin sonadək tempi qoruyub saxlaya bilməyəcəyini deyirdi. Səbəb kimi də heyətin kasad olması göstərilirdi. Nail bəy bizimlə söhbətdə bu məqama da toxundu:

“Heyətimizin kasad olması faktdı. Bu məqamı xüsusi qabartmağa ehtiyac da görmürəm. Fernan Lopes və İsnik Alimi “Keşlə” ilə matçı buraxırdı. “Səbail”lə görüşdə də Fernan və cəza səbəbindən Ruan Renato iştirak etmirdi. Omar Haninin də yalnız oyundan əvvəlki məşqə çıxdığını nəzərə alsaq, itkilər komandanın çıxışına təsir göstərir. 15-16 futbolçu ilə yola davam edirik. “Sumqayıt”la qarşılaşma da istisna olmayacaq. Bu tur kapitanımız Asif Məmmədov cəza səbəbindən meydana çıxmayacaq. Ümumiyyətlə, ikinci dövrə başlayanda belə problemlərin olacağını bilirdik. Qış fasiləsindən sonra ilk görüşdə Renatonun “qırmızı”sı olduğuna görə heyətdə yox idi. Daha 7 oyunçumuz isə 4-cü “sarı” astanasında idi. Turlar ötdükcə onların cəzalı duruma düşəcəyi gözlənilən idi. Sadaladığım məqamlar bizə əsas vermir ki, geri çəkilək. Taleyimiz öz əlimizdədi. Hələ də avrokubok zonasındayıq. Hamı nədənsə 5-ci pillədəki komanda ilə xal fərqinin 2-yə bərabər olduğunu qabardır. Onu da deyim ki, 3-cü pillədəki “Zirə”dən 2 xal geri qalırıq. Hamı bizə aşağı yuvarlanmaq təhlükəsi olduğunu söyləyir. Biz isə əksinə, özümüzü yuxarı qalxmağa fokuslamışıq və bu niyyətlə də yola davam edəcəyik”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-03-2022, 23:0

"Qəbələ"nin mübarizəsi "Sabah"la deyil" - Elmar Baxşıyevdən iddialı AÇIQLAMA

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 698
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə