Üçüncü dövrənin sonu turundan öncə turnir cədvəlində vəziyyət qəlizləşib. Hazırda "Qarabağ" 46 xalla vahid liderdi. "Neftçi"min hesabında 37, "Zirə"nin 35, "Qəbələ"də isə 33 xal var. Bir çoxları mövsumun sonunda sıralamanın olduğu kimi qalacağını bildirir. Bəziləri isə "Sabah"ın "qırmızı-qaralar"ı keçəcəyini düşünür. Görəsən, Elmar Baxşıyev bu məsələyə görə narahatdı? Gənc mütəxəssis "bayquşlar"ın onları ötə bitəcəyini düşünür? Məsələ ilə bağlı "Qəbələ"nin baş məşqçisinə müraciət etdik. Elmar Baxşıyev deyilənlərin onu narahat etmədiyini, bütün oyunlara ciddi yanaşacaqlarını bildirdi:
"İkinci pillədə qərarlaşan "Neftçi" ilə xalımız daha azdı, nəinki "Sabah"ın bizimlə. "Qəbələ"nin mübarizəsi "Sabah"la deyil. Növbəti oynumuzda qələbə qazanıb, daha 3 xalı hesabımıza yazmaq istəyirik. Mübarizəmizi hər matç üçün aparırıq. Turnir cədvəlindəki vəziyyətə görə iş görmürük. "Qəbələ"yə hansısa xüsusi rəqibi məğlub etmək yox, hər oyun qələbə qazanmaq lazımdı".


