• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Ölkə futbolu / Manşet

12-04-2022, 13:0

Premyer-liqanın 22-ci turunun ilk oyunu Şamaxıda keçirildi.1992-ci ildən bəri ilk dəfə qədim Şirvanşahlar dövlətinin paytaxtı böyük futbola qucaq açdı.

Şənbə günü rayonun eyniadlı komandası ölkənin flaqmanı “Neftçi”ni qonaq etdi. “Şamaxı” tribunları dolduran azarkeşləri sevindirmək üçün çox çalışdı, hətta erkən qol sayəsində 1-ci hissəni qalib başa vurdu. Rəhman Hacıyev cərimə zərbəsini mükəmməl yerinə yetirməklə baxımlı qola imza atdı. Ancaq ad dəyişikliyi səviyyəni yüksəltmir. Məğlubiyyətlə barışmayan qonaqlar fasilədən sonra oyun planında ciddi dönüş etməyi bacardı. Saatın tamamında tarazlığı bərpa edən bakılılar bir neçə dəqiqə sonra hesabda önə çıxmaqla kimin kim olduğunu ortaya qoydu. Azarkeşlərin baxımlı oyuna şahidlik etdiyini söyləmək olmaz. Sadəcə, dolu tribunalar möhtəşəm ab-hava yartmışdı ki, belə mənzərəni, adətən, avrokuboklarda görmək mümkündü.

Murad Musayevin çalışdırdığı “Sabah”, deyəsən, kubokun 1/4 finalında "Neftçi" ilə qarşılaşmalarda yaşanan psixoloji sarsıntıdan çıxıb və yenidən bütün rəqiblərini məğlub etməyə başlayıb. “Zirə” ilə matçda qazanılan 3 xal “ağ-göylər” üçün ardıcıl üçüncü oldu ki, bu da sözlərimizi təsdiqləyir. “Qartallar” isə bu məğlubiyyətlə vəziyyətini nəzərəçarpan dərəcədə çətinləşdirdi. Rəşad Sadıqovun komandası yetərincə yaxşı oynadı. Amma heyətdəki ciddi itkilər və oyun planında bəzi çatışmazlıqlar qəsəbə təmsilçisi üçün xoşagəlməz sonluğu qaçılmaz etdi. Həmçinin bu görüş bombardirlər siyahısında yer alan Volkovla Mikelsin dueli kimi yadda qaldı. “Qartallar”ın gürcü hücumçusu 10 qolla bombardirlik yarışına başçılıq etsə də, 2022-də fərqlənə bilməyib. Volkov “10”da “ilişib” qaldığı halda, “tələbələr”ın alman vingeri bu görüşdə də fərqlənməklə qol sayını 9-a çatdırdı. Yeri gəlmişkən, “Zirə” son 4 oyunda qələbəyə həsrət qalıb ki, bu matçların ikisində yenilib, ikisində bərabərliyə razılaşıb. Çempionatın belə həssas məqamında büdrəmək sonda komandaya baha başa gələ bilər.

Heç də yaxşı günlərini yaşamayan “Sumqayıt”ın evdə “Qarabağ”dan xal alacağı inandırıcı görünmürdü ki, məhz belə də oldu. Qurban Qurbanovun komandası baş məşqçinin 50 illik yubileyinə qələbə bağışladı. “Qarabağ” həmçinin avrokuboklara vəsiqə təmin etdi.Aleksey Baqanın çalışdırdığı “kimyaçılar” isə turlar irəlilədikcə sonuncu pilləyə yuvarlanır.

Turun bəlkə də ən gözlənilməz nəticəsi Bayılda yaşandı. Avrokuboklara vəsiqəni hədəfləyən “Qəbələ” autsayder “Səbail”in qonağı idi. Çoxları “qırmızı-qaralar”ın çətinlik çəkmədən Bayıldan 3 xalla ayrılacağını ehtimal etsə də, Aftandil Hacıyevin komandası hamını yaxşı mənada təəccübləndirdi. Böyükhesablı qələbə ilə yanaşı, “dənizçilər” baxımlı oyunla da göz oxşadı. Son 13 matçda qələbəyə həsrət qalan, bunların 11-də meydanı məyus tərk edən “Səbail” qələbə sayəsində “Sumqayıt”a çatdı. Belə davam edəcəyi təqdirdə mövsümün sonunda bakılılar daha üst pillədə qərarlaşa bilər. “Qəbələ”nin enişi isə davam edir. Artıq “Sabah” bölgə təmsilçisindən cəmi 2 xal geri qalır. Bu isə o deməkdi ki, bizi qarşıdakı turlarda Konfrans Liqasına vəsiqə uğrunda maraqlı mübarizə gözləyir.

Azərbaycan premyer-liqası
4-cü dövrə, 22-ci tur


9 aprel

Şamaxı – Neftçi 1:2
Sabah – Zirə 3:1

10 aprel

Sumqayıt – Qarabağ 0:3
Səbail – Qəbələ 3:0

1. Qarabağ 21 16 4 1 49-11 52
2. Neftçi 22 12 5 5 37-25 41
3. Zirə 22 10 6 6 29-23 36
4. Qəbələ 22 9 7 6 31-30 34
5. Sabah 22 10 2 10 31-28 32
6. Şamaxı 22 5 5 12 24-33 20
7. Sumqayıt 21 3 5 13 12-35 14
8. Səbail 22 4 2 16 16-44 14

Bombardirlər: Volkov (Zirə) – 10, Mikels (Sabah) – 9, Ozobiç, Zubir (hər ikisi “Qarabağ”) – 8.
Növbəti turun oyunları: 15 aprel – Qarabağ – Şamaxı, Qəbələ - Sumqayıt; 16 aprel – Zirə - Səbail, Neftçi – Sabah.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

15-03-2022, 20:0

“Qəbələ” gerilədi, liderlər qrupunda sıxlıq artdı

Ölkə futbolu / Manşet

19-04-2022, 11:0

“Sabah” “Qəbələ”yə yaxınlaşmaq imkanını qaçırdı - TURUN ŞƏRHİ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Bu gün, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
Daha çox
Oxunub: 305
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə