• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şamaxılılar “Şamaxı”nı sevəcəkmi? - KÖŞƏ

Yazarlar

8-04-2022, 20:0

Deyirlər ki, zirvəyə yüksəlmək asandı, amma zirvədəki yerini qorumaq çətin.

Mən bu ifadəni bir qədər fərqli formada yazmaq istəyirəm. Müəllifləri məndən inciməsin. Bölgəyə köçmək asandı, amma sözün bütün mənalarında o bölgənin təmsilçisinə çevrilmək, orda sevilmək xeyli müşkül məsələdi. Özünü müstəqil sayan bir klub AFFA-nın qərarı ilə ünvanı dəyişirsə, həqiqi bölgə təmsilçisinə çevrilmək, orda yaşayan futbol azarkeşlərinin sevgisini qazanmaq heç də asan olmayacaq. Həsrət bitdi, şamaxılı futbolsevərlərin gözləri yollardan çəkildi. Hamımızın gözü aydın olsun, “Keşlə”nin addəyişmə prosesi uğurla yekunlaşıb və artıq klubun köhnə adı tarixə qovuşub. Artıq Şamaxı rayonunun elitada təmsilçisi var, “Sumqayıt”la “Qəbələ”yə yoldaş tapılıb. İndi paytaxt komandaları yeni bir bölgəyə səfər oyununa yollanacaq. Sevinək, yoxsa sevinməyək? Gülək, yoxsa ağlayaq?

Heç özümüz də bilmirik. Çünki gözümüzün önündə baş verən proseslərin peşəkar klub anlayışına yaraşmadığını gördük. Bu addımın bölgədə futbolun inkişafına xidmət edib-etmədiyini zaman göstərəcək.
AFFA illərdi “Kəpəz”ə himayədarlıq edir. Amma bunun hansı səviyyədə olduğunu hamımız yaxşı bilirik. “Turan Tovuz”u da AFFA qanadının altına alıb. İkisi də birinci divizion səviyyəsindən yuxarı qalxa bilmir. Bu himayədarlıq “Kəpəz”lə “Turan Tovuz”un ad-sanına, qərb bölgəsinin futbolumuzdakı yerinin dəyərinə heç də düz-mütənasib deyil. AFFA-nın nəzarətində olan “Sumqayıt”ın düşdüyü vəziyyət də göz önündədi. Sumqayıt Azərbaycan futboluna neçə-neçə tanınmış sima, çempionlar bəxş edib. Amma indi Riad Rəfiyevin rəhbərlik etdiyi klub sumqayıtlıların yox, “milliləşdirilənlər”in oylağına çevrilib.

O boyda şəhərin yeganə təmsilçisiylə şəxsi təsərrüfatı kimi davranın Rəfiyev komandasına futbolçuları yalnız biznes maraqlarıyla seçir. Bu “seçimlərin” coğrafiyası da İrandan tutmuş Ukraynaya, Almaniyaya qədər uzanır. Yetər ki, həmin futbolçulara sonradan yerli statusu qazandırıb, yaxşı qiymətə satmaq mümkün olsun. Rəfiyevin nə vecinə ki, “Sumqayıt” udacaq, yoxsa uduzacaq, Sumqayıtda futbolçu yetişəcək, yoxsa yetişməyəcək?! Qarşısına yerli futbolçu yetişdirmək, Azərbaycan futboluna xidmət etmək vəzifəsi qoyan komanda iki yerli gənc qapıçısı ola-ola, Andrey Popoviçə “çərçivə”ni əmanət edərdimi?!
Sözümün canı odu ki, adını “Keşlə”dən “Şamaxı”ya dəyişib, Bakıdan köçürülən klub da AFFA-nın nəzarətində olan digər klublar kimi idarə ediləcəksə, ondan nəsə gözləməyə dəyməz. Nikbin düşünmək üçün ciddi əsaslarım da yoxdu. “Şamaxı”nı kim idarə edir? Bəli, Zaur Axundov. Onun idarəçilik qabiliyyətinə, yerlilərə münasibətinə isə hamımız bələdik. “Lazım gəlsə, futzal millisində həbəşistanlıları oynadaram” deyən kim idi? Zaur bəy təkcə “Keşlə”ni əcnəbilərin oylağına çevirməyib, onun rəhbərlik etdiyi futzal millisi də illərdi gəlmələrin sevimli məkanıdı. Braziliyalıları “şəxsi laboratoriyası”nda azərbaycanlıya çevirən Zaur Axundovun “Şamaxı”ya elə Həbəşistandan futbolçu gətirməyəcəyinə heç bir zəmanət yoxdu. Belədə “Şamaxı” adını daşıdığı rayonun futboluna, idman həyatına da heç bir fayda verməyəcək, yerli futbolsevərlərin qürur yox, utanc mənbəyi olacaq.

Bölgədə yaşayan insanlar belə məsələlərdə xeyli həssasdı. Bu sözləri boşuna demirəm. AFFA-nın hədəflərindən biri də odu ki, rayon camaatı tribunaları doldursun, bu vəsilə ilə də premyer-liqanı izləyən azarkeşlərin sayının artdığını deyə bilsinlər. Vaxtilə “Xəzər Lənkəran”ın oyunları zamanı “Fırtınalar meydanı”nın tribunalarını dolduran azarkeşlər hamımızın xatirində şirin yuxu kimi qalıb. Elə eyni ərəfələrdə “Muğan” Azərbaycan çempionatında Salyanı təmsil edirdi. Amma salyanlılar “Muğan”ın oyunlarına elə də böyük maraq göstərmir, qarşılaşmalar zamanı tribunaları doldurmurdular. Mahir Rüstəmlinin təşəbbüsü ilə bunun səbəbini həmyerlilərimdən soruşdum, kiçik araşdırma apardım. Məlum oldu ki, “Muğan”ın heyətində salyanlı futbolçu olmadığına görə yerli azarkeşlər komandaya doğma yanaşa bilmir. Kim təminat verə bilər ki, şamaxılılar da Bakıdan Şamaxıya köçürülən komandaya eyni münasibəti sərgiləməyəcək? Şamaxılıların “Şamaxı”nı sevməsi, onu ürəkdən dəstəkləməsi o qədər də asan olmayacaq. Yaşayarıq və görərik.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

4-06-2022, 12:0

Azərbaycan futbolunun borclu olduğu adam

Premyer-liqa

16-04-2022, 18:0

"Şamaxı"dan antirekord

Premyer-liqa / Manşet / Günün xəbəri

4-04-2022, 12:0

“Şamaxı”nın “Neftçi” ilə oyununun vaxtı və saatı bəlli oldu - ÖZƏL

Premyer-liqa / Manşet

15-04-2022, 14:0

“Neftçi” “Şamaxı”da qəza keçirən azarkeşləri ilə maraqlanıb? - AÇIQLAMA

Manşet / Yazarlar

18-03-2022, 16:0

“Keşlə”nin Bakıdan qovulması prosesi - KÖŞƏ

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə