• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Keşlə”nin Bakıdan qovulması prosesi - KÖŞƏ

Manşet / Yazarlar

18-03-2022, 16:0

Yeniyetmə vaxtı öz aramızda zarafatlaşanda, kimisə incitmək istəyəndə ona “yaşayırsan da, dünya boş qalmasın” deyərdik.

Bu sözün də mənası o idi ki, sən dünyada boş yer tutursan, varlığının-yoxluğunun heç bir faydası hiss olunmur. “Keşlə”yə könül verən sadiq azarkeşlər, komandanın formasını tərlədən futbolçular məndən inciməsin. Hazırda “Keşlə” məhz bu vəziyyətdədi. Mən nə Sənan Qurbanovun məşqçilik bacarığına şübhəylə yanaşıram, nə də “Keşlə”də forma geyən futbolçuların səviyyəsinə. Onlar da çalışırlar, zəhmət çəkirlər. Pis-yaxşı “Keşlə”ni ayaqda saxlayıb, ara-sıra süpriz nəticələrə də imza atırlar. Bakının eyniadlı qəsəbəsinin təmsilçisi sonuncu turda “Səbail”in qapısından üç cavabsız top keçirməklə komandanın “qab”ında nəyinsə olduğunu göstərdi. Sevindirici haldı ki, baxımlı qolların altında gənc azərbaycanlı futbolçuların imzası var idi. Onlar göstərdilər ki, futbol oynamağı bacarırlar. Amma bu klubun necə idarə olunduğunu da bilirik, görürük. Allahın ümidinə buraxılan, AFFA-nın ianələrinə möhtac olan bir klub var. Artıq neçənci ildi ki, “Keşlə” Azərbaycan premyer-liqasında yer tutmaq, daha doğrusu, say düzəltmək üçün iştirak edir. Əsas məqsəd elitada iştirakçı sayının 8 olmasıdı. Hazırda “Səbail” də, “Keşlə” də konkret bu missiyanı həyata keçirməklə məşğuldu.

Azərbaycan futbolu ilə az-çox maraqlananlar bilir ki, uzun müddətdi “Keşlə”nin Şamaxıya köçürülməsi prosesi başlayıb. Bölgələrdə klub yaratmaq AFFA-ya çətin görünür. Belədə Azərbaycan futbolu süni şəkildə paytaxta doğru təmərküzləşdirilib, ölkə çempionatı Bakının açıq birinciyiliyini xatırladır. Birvaxtlar biz həyəcan təbili çalıb, bu durumun ağır fəsadlarının olacağını deyirdik. Veclərinə də deyildi. Bölgə təmsilçiləri bir-birinin ardınca tarixin yaddaşına qovuşdu, bazalarının qapısına qıfıl vurub, meydanlarını da mal-qaranın otlaq sahəsinə çevirdilər. İndi də onun fəsadlarını yaşayırıq. Daha Dağıstandan, Almaniyadan, Ukrayna və Türkiyədən futbolçu “milliləşdirmək” də xilas etmir. Milli komandalarımızın nəticələri ildən-ilə pisləşir, azarkeşlər və qələm əhlinin vicdanlı kəsimi bu siyasəti mətbuatda, sosial şəbəkələrdə tənqid edir. Artıq bıçağın sümüyə dirəndiyinin fərqinə varan AFFA üzünü bölgələrə çevirib. Bu yöndə ilk ciddi addım “Keşlə”nin Şamaxıya köçməsi, həmin rayonu elitada təmsil etməsidi. Amma hər işdə olduğu kimi, burda da bir qəribəlik var. Olmazdı ki, bu işi yaya saxlayaydılar, mövsüm bitəndən sonra “Keşlə” Bakıdan yola salınaydı?

41 yaşımı tamamlamağa doğru gedirəm, xeyli müddətdi futbolla maraqlanıram. Hər gün futbol barədə nəsə oxuyur və eşidirik. Amma indiyə qədər eşitməmişəm ki, bir komanda mövsümün gedişində adını və yer-yurdunu dəyişə. “Ağlın yolu birdi” deyirlər. Onsuz da “Keşlə”nin böyük iddiaları yoxdu. Xüsusən də bu mövsüm vəziyyət acınacaqlıdı. Sənan Qurbanovun komandası ölkə kubokundan əlini üzüb, mükafatçılar sırasından da xeyli uzaqdı. Deməli, “Keşlə”yə bu yay avrokuboklarda Azərbaycanı təmsil etmək kimi çətin və məsuliyyətli bir missiya “yüklənməyəcək”. Belədə yay fasiləsində sənəd işlərini də rahat görmək olardı, köçü də normal həyata keçirərdilər. Futbolçular da bilərdilər ki, hansı klubla müqavilə bağlayır, harda futbol oynayacaq, necə məşq edəcəklər. Mövsümün ortasındakı bu ad və yerdəyişmə futbolçuların, xüsusən də gəlmələrin ürəyincə ola bilməz. İstəsələr də, istəməsələr də, gediş-gəliş onlar üçün əlavə vaxt və enerji itkisi olacaq.

Ən əsas məqam isə Şamaxıdakı stadionun peşəkar klubu qəbul etməyə hazır olub-olmaması, elita səviyyəli futbol qarşılaşmalarının tələblərinə cavab verib-verməməsidi. “Keşlə”nin Şamaxıya köçürülməsi prosesinin gözlənilənin ziddinə bu həftə baş tutmaması ondan xəbər verir ki, stadion da bu prosesisin tələm-tələsik aparılmasına hazır olmayıb. Yoxsa nə var idi futbolçuları avtobusa doldurub, Şamaxıya aparmağa?! Görünən odu ki, Şamaxıdakı stadion açılışa hazır olmayıb və idman qurğusunu prezidentin bölgəyə səfəri ərəfəsində tələm-tələsik açıblar. Ondan sonra da xırda-para işlər davam edib. Amma heç şübhəsiz, premyer-liqanın tələbləri ayrıdı. Orda həm təhlükəsizlik məsələləri, həm də teleyayının problemləri nəzərə alınmalıdı. Bütün bu tələblərə beş-altı gün ərzində cavab vermək xeyli çətin, hətta mümkünsüzdü. İndi də “Keşlə” rəhbərliyi və AFFA bu vəziyyətdən çıxmağa çalışır. “Keşlə” “Sumqayıt”ı Şamaxıda qəbul edəcək, özü də yeni adla” açıqlaması indi “yiyəsiz hinduşka” kimi ortada qalıb, hərə bir tərəfə təpikləyir. Görünən odu ki, kiminsə tələsik açıqlaması üzündən “Keşlə”nin Şamaxıya köçürülüməsi prosesi qovulmaya çevrilib. Klubu Bakıdan rəsmən qovurlar...

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 20:10
    "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə