• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan futbolunun borclu olduğu adam

Manşet / Yazarlar

4-06-2022, 12:0

“Keşlə” adını “Şamaxı”ya dəyişib, bölgəyə köçəndə bu haqda yazmışdım.

Əminliklə qeyd etmişdim ki, bu köç əməliyyatı ciddi effekt verməyəcək, adı dəyişdirilən klubun şamaxılı azarkeşlərə sevdirilməsi heç də asan olmayacaq. Səbəb isə sadədi. Bu təcrübəni hələ illər öncə Salyanda, “Muğan”ın timsalında görmüşdüm. Bölgə insanı öz rayonunu təmsil edən komandada yerlilərini axtarır. İstər idarəçilər, istərsə də meydandakı futbolçular arasında. Onun üçün peşəkar futbolun amansız qaydaları, elitada oynamağa gücü çatacaq futbolçunun yetişdirilməsinin necə çətin proses olduğu maraqlı deyil. Düşüncə belədi ki, Salyanın komandasında salyanlılar, Şamaxının komandasında şamaxılılar oynamalıdı. Ortada bir də “Kəpəz” nümunəsi var. İllərdi görürük ki, yerli futbol ictimaiyyəti və azarkeşlər Bakıdan gələn (göndərilən) məşqçilərə və futbolçulara münasibətdə necə davranırlar. Onlar gizlətmirlər ki, “Kəpəz”ə Mehman Allahverdiyev rəhbərlik etməli, meydanda isə gəncəli futbolçular olmalıdı. Başqa cür ola bilməz. İllər öncə Şahin Diniyev bu təzyiqi hiss edirdi, indi də Yaşar Vahabzadə bundan əziyyət çəkir. Məncə, əlavə izaha ehtiyac yoxdu.

Qayıdaq “Keşlə”nin “Şamaxı”ya çevrilməsinə və Şamaxıya köçürülməsinə. Həm AFFA, həm də rayon rəhbərliyi “Neftçi”ylə qarşılaşmada bütün qüvvələrini səfərbər etmişdilər. “Şamaxı”nın yeni adla və yeni meydanda ilk oyunu “Neftçi” ilə salınmışdı ki, afişa futbol azarkeşləri üçün cəlbedici olsun. Mətbuat nümayəndələrinin, tanınmış şəxslərin Şamaxıya səfəri təşkil edilmiş, AFFA rəhbərliyi də bir nəfər kimi bölgəyə getmişdi. Bir sözlə, bu köçün ətrafında süni ajiotaj yaradılmışdı. Elə bunun da sayəsində tribunalar maraqlı görüntülərə şahidlik etdi, Şamaxıda futbol bayramı yaşandı. “Neftçi”nin biləyini bükmək, “Şamaxı”ya dəstək vermək üçün tribunalara gələnləri qələbəylə sevindirmək mümkün olmadı. Hamı gördü ki, dəyişən təkcə addı. Yeni adına qovuşan komandanın gücü də, oyun səviyyəsi də elə əvvəlkidi. Sözsüz, ilk görüşdəki nəticənin də təsiri ilə “Şamaxı”nın “azarkeşlərinin” sayı azalmağa başladı. Heç təsadüfi deyil ki, sonrakı görüşlərdə həmin o futbol bayramından əsər-əlamət qalmdı. Köhnə “Keşlə”, yeni “Şamaxı” da oyunlarını yola verib, mövsümü birtəhər başa vurdu.

Hələ mövsüm bitməmiş komandanın düşərgəsindən heç də xoş olmayan xəbərlər alırdıq. Bildirilirdi ki, aparıcı futbolçuların əksəriyyəti “Şamaxı” ilə yeni müqavilə bağlamaq istəmir, bir an öncə klubdan ayrılmaq istəyir. Kluba rəhbərlik edən Zaur Axundov da xarakterinə uyğun davranır, narazıların bir-bir əvəzedici komandaya göndərilməsinə göstəriş verirdi. İndi hansı zəmanədi ki, futbolçunu əvəzedici komandaya göndərməklə qorxudasan? Özü də “Şamaxı”da. Bu problemləri “yuxarılar” da gördülər. Anladılar ki, Zaur Axundovun “Şamaxı”nı dirçəltməsi, onu Azərbaycanın dilbər güşələrindən biri sayılan rayonun ad-sanına layiq səviyyəyə gətirməsi mümkün olan deyil. Adını qoydular ki, Axundovun işi çoxdu, “Şamaxı”ya rəhbərlik etməyə vaxt tapmır. AFFA İcraiyyə Komitəsinin son iclasından sonra Axundov “Şamaxı”dan ayrılması barədə açıqlama verdi. Necə deyərlər, hər iki tərəf üçün xeyirli olsun.

Zaur bəyin işi də, qazancı da yetərincədə samballıdı. “Keşlə”də də etdiyini edib, qazandığını qazanıb. Bu ayrılıqdan olsa-olsa, nüfuz itirəcək, böyük pullar yox. Ona görə də onun dərdini çəkməyə dəyməz. Amma “Şamaxı”nın gələcəyinə laqeyd yanaşmaq heç də ədalətli davranış olmaz. Təntənəli surətdə bölgəyə köçülürən kluba düz-əməlli idarəçilər, yaxşı sponsorlar və səviyyəli futbolçular cəlb olunmalıdı. Yalnız bu halda “Şamaxı” Azərbaycan premyer-liqasında boy göstərə, rəqabətə davam gətirə bilər. Yaxşı idarəçi, yəni rəhbər ən əsasdı. O olmasa, kluba ayrılan pullar da boşa gedəcək, heç yaxşı heyət formalaşdırmaq da mümkün olmayacaq. Elə etmək lazımdı ki, futboldan baş çıxaran, bu işdə təcrübəsi olan və nəfsinə hakim, ədalətli biri “Şamaxı”nın idarəçiliyinə gətirilsin, məsuliyyəti üzərinə götürsün. Şəxsən mənim ağlıma yalnız bir ad gəlir. O da Tahir Süleymanovdu.
Adam özü şamaxılıdı. Az əvvəl qeyd etdiyim kimi, yerli futbolsevərlər və ictimaiyyət nümayəndələri üçün bu vacib məqamdı. Özü də Tahir bəy Şamaxının yetərincə tanınmış simalarındandı. Rəhmətlik qardaşı Məzahir Süleymanzadə ilə birlikdə həmişə hörmət qazanıblar. Digər məsələ Tahir bəyin klub idarəçiliyində, futbol biliciliyində yetərincə təcrübəli olmasıdı. “Neftçi”nin uğurlarını yada salaq. Sadıq Sadıqovun yanında Süleymanov kimi kadrın olması çox vacib məqam idi. Ən əsası, Tahir bəy dünya malında gözü olan deyil. Yeyib-dağıtmaq, cibini doldurmaq yox, iş görmək həvəsindədi. Belə olmasaydı, indiyə qədər aldığı təkliflərin birinə “hə” deyər, AFFA-nın isti kabinetlərinin, yaxud klublarının birində başını qatardı. Amma etməyib. Ona Azərbaycan futbolunun borcu var. Həmin borc da şans borcudu. Ona bacardığını etmək, Azərbaycan futboluna fayda vermək, potensialını ortaya qoymaq üçün şans verilməlidi. Buyurun, cənablar. Bu şansı ona verin. Əminəm ki, sizi peşman etməz!

AMAL

Paylaş:
Digər xəbərlər

Yazarlar

8-04-2022, 20:0

Şamaxılılar “Şamaxı”nı sevəcəkmi? - KÖŞƏ

Aktual / Manşet

12-03-2022, 21:0

Tahir Süleymanov “Keşlə”nin Şamaxıya köçməsini müsbət addım sayır - AÇIQLAMA

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Bu gün, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Bu gün, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 339
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 179
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə