Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
Sonuncu turun görüşlərindən sonra Azərbaycan təmsilçilərinin yarışdakı yekun mövqeyi bəlli olub.
Yerli qrossmesyterlər arasında qitə birinciliyində ən yaxşı nəticəyə Vasif Durarbəyli imza atıb. O, Avropa çempionatını 8 xalla 8-ci sırada başa vurub.
Hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 9, 10 və 11-ci yerləri, Nicat Abbasov isə 25-ci pilləni tutub.