İdmançılarımız finalda

6.04.2022 18:30 479
İdman
Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçıları Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.

Finalda Mirzəyev ukraynalı Artyom Kolinko, Ağayeva isə portuqaliyalı Ana Korreya ilə üz-üzə gələcək. Digər idmançı Orxan Kərimov (BC-2) isə bürünc medal uğrunda çexiyalı Yozef Zabka ilə qarşılaşacaq.