İngiltərə premyer-liqasında mövcud qaydalara dəyişiklik edilib.
Son vaxtlar aktual olan iki qaydaya yenidən baxılıb.
İlk növbədə əvəzetmə qaydasında dəyişiklik edildiyini bildirək. 2022/23 mövsümündən məşqçilər oyun zamanı 5 əvəzetmə edə biləcəklər. Hazırda onların 3 oyunçunu dəyişmək hüququ var. Premyer-liqa klublarının son iclasında koronavirusla bağlı sağlamlıq protokolunda da dəyişikliyə qərar verilib. Futbolçular bundan sonra həftədə iki dəfə test verməyəcəklər. Aprelin 4-dən oyunçularla klubun digər personalının testdən keçirilməsinə ehtyac olmayacaq. Buna yalnız koronavirus xəstəliyinin simptomları olanlar cəlb ediləcəklər.