“Bordo”dakı oyunçulardan biri oğurluğa görə yaxalanıb.
Sən demə, gənc futbolçu komanda yoldaşlarının butslarını oğurlamaqla qazanc əldə edirmiş…
Bu barədə “RMC Sport” məlumat yayıb. Adı açıqlanmayan və əsas komandaya cəlb olunan futbolçu butsları oğurlayaraq internetdə satırmış. Bugünlərdə oğrunun keçmiş sevgilisi onun bu hərəkətinin üstünü açıb. Klub rəhbərliyi futbolçunu biroyunluq komandadan kənarlaşdırıb və böyük məbləğdə cərimələyib. “Bordo”nun futbolçuları bunu çox yüngül cəza kimi qarşılayıb və rəhbərliklə razılaşmayıblar. Onlar oğru oyunçunun komandadan qovulmasını istəyiblər. “RMC Sport” zərərə məruz qalan futbolçuların artıq klubla fakir ayrılığına son qoyulduğunu da xəbər verib.