Azərbaycan çempionatında əvəzetmə sayı ilə bağlı qərar verildi

29.04.2022 17:03 433
Aktual
Azərbaycan çempionatında əvəzetmə sayına yenidən baxılıb.

"Football-plus.az" xəbər verir ki, bu, AFFA-nın İcraiyyə Komitəsində müzakirə olunub.

Qərara alınıb ki, əvəzetmə sayı dəyişdirilməsin. Komandalar hər qarşılaşma ərzində 3 əvəzetmədən yararlana biləcək.

Qeyd edək ki, əvəzetmə sayı pandemiya ilə əlaqədar 5-ə qaldırılmışdı və bəzi yarışlarda sonradan dəyişməz qalıb.