İngiltərə çempionatında yenilik - RƏSMİ

1.04.2022 22:50 381
Dünya futbolu
İngiltərə çempionatında əvəzetmə qaydasında dəyişiklik edilib.

Bu barədə yerli mətbuat xəbər yayıb. Yeni mövsümdən komandalar oyun zamanı 5 əvəzetmə edə biləcəklər. Bununla bağlı bugünkü iclasda razılığa gəliblər.

Qeyd edək ki, İngiltərə çempionatında hazırda 3 əvəzetmə qaydasından istifadə edilir.