Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, toplantıda premyer-liqada əvəzetmə sayının artırılması ilə bağlı qərar qəbul edilib. Qərarda bunlar qeyd edilib:
"Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, ölkə çempionatında 2022/23 mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdı".
Daha əvvəl çempionatda 3 əvəzetmə qaydası tətbiq edilirdi.