Milli komandaların toplanışı səbəbindən premyer-liqada fasilə yaranıb.
"Football-plus.az " saytının məlumatına görə, ölkəmizdə çıxış edən bəzi legionerlər istirahət üçün Şahdağı seçib. "Qarabağ"dan Kadi Borges və Leonardo Andrade həyat yoldaşları ilə birlikdə şimal bölgəmizə səyahət ediblər. Bundan başqa "Sabah"ın futbolçuları Xulio Sezar Rodrigez və Kristian Sebalyos da Şahdağa üz tutub.
GÜNAY VƏLİYEVA