"Qarabağ"ın futbolçusu milliyə qoşulmaqdan imtina edib? - RƏSMİ AÇIQLAMA

22.03.2022 16:13 2 543
Ölkə futbolu / Günün xəbəri
Milli komandaların toplanışı ilə bağlı premyer-liqada fasilə yaranıb.

"Qarabağ"ın heyətindən yığmalara 19 futbolçu dəvət alıb. Bunlardan 9-u əsas millimizə, 7-si U-21-ə, 2-si Kabo-Verde, 1-i isə Monteneqro yığmasının düşərgəsinə qoşulub. Hazırda "köhlən atlar"ın heyətində, sadəcə, 7 futbolçu qalıb. Yerli mətbuatda yayılan xəbərlərə görə, Ağdam təmsilçisinin qapıçısı Luka Quqeşaşvili Gürcüstan millisinə dəvət olunsa da, getməyib. Bu məlumatı dəqiqləşdirmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Luka ilə bağlı bizə dəvət məktub gəlmişdi. Qapıçı geniş heyətdə yer almışdı. Daha sonra qısaldılan heyətdə adı olmadı. Başqa qapıçıları yoxlamaq qərarına gəliblər".


GÜNAY VƏLİYEVA