"Kəpəz" milli komanda ilə qarşılaşacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gəncə klubu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşacaq. Matç martın 27-də Bakıda keçiriləcək. "Dalğa Arena"da reallaşacaq oyun saat 16.00-da başlayacaq.