Namik oynadı, komandası qalib gəldi

20.03.2022 19:25 674
Ölkə futbolu
Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Balikesirspor"lə üz-üzə gəlib və matçdan 2:1 hesablı qalibiyyətlə ayrılıb.

Millimizin üzvü də bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə ilk "11-lik"də başlayıb və 90-cı dəqiqədə Yusuf Türklə əvəzlənib.

Qələbədən sonra xallarını 28-ə yüksəldən "Bursaspor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.