"Göztəpə"nin yeni baş məşqçisi məlum olub.
İzmir təmsilçisi Stepan Tomasla anlaşıb. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb. O, bu vəzifədə Nestor El Maestronu əvəz edib.
Qeyd edək ki, çalışdırıcı daha əvvəl Türkiyədə "Antalyaspor" və "Çaykur Rizəspor"u çalışdırıb.